“Məmurlar şəhid ailəri və qazilərə yardım etməlidirlər” - ÇAĞIRIŞ

3-05-2022, 11:17           
“Məmurlar şəhid ailəri və qazilərə yardım etməlidirlər” - ÇAĞIRIŞ
Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxış edib. Çıxış zamanı dövlət başçısı bildirib ki,bütün dövlət məmurları şəhid ailələri ilə bir yerdə olmalı,onlara kömək göstərməlidir".Ölkə başçısı həmçinin qeyd edib ki, bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və buna nail olduq. İndi isə şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var. Teref.az xəbər verir ki, Qarabağ qazisi, ehtiyatda olan XTQ giziri Natiq Mehdiyev bu barədə "sherg.az"a danışıb:

"Cənab Prezident hər çıxışında qeyd edir ki, dövlət məmurları dövlətin xalqın qulluqçuları, xidmətçiləridir. Buna rəğmən bəzi dövlət qurumları və bəzi məmurlar buna laqeyd yanaşır və buna görə də mütəmadi olaraq Ali Baş Komadanımız tərəfindən cəzalarını alırlar".

N.Mehtiyevin sözlərinə görə, məsələ şəhid ailələri, qazilər olduqda burda nəinki dövlət məmurları hətta sıravi insanlar da çox diqqətli olmalıdırlar:

"Gərək onların xətrinə dəyməyək və unutmayaq ki, şəhidlərimizin, qazilərimiz bizim övladlarımız yetim qalmasın deyə öz övladlarını yetim qoyub döyüşə getdilər. Şəhid ailələrinə və qazilərə sıravi insanlar davranışları ilə diqqət və qayğı göstərməli, məmurlar isə onların işlə təmin olunmasına yardım etməlidir. Yalnız belə olduqda onlar kənarda qalıb unudulmaz, bu torpaq üçün, bizlər üçün itirdikləri heç bir şeyə görə peşman olmazlar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.