"Ailə daimidir, karyeradan vacibdir"

3-05-2022, 11:55           
"Ailə daimidir, karyeradan vacibdir"
"Düşünürəm ki, ailə qurmaq və sairə, hamısı qismətdir. Sevgisiz qala bilmərəm, ailə mənim çox vacibdir".

OLAY yazır ki, bu sözləri "MTV Maqazin"ə müğənni Aysel Əlizadə deyib.

Aysel söyləyib ki, ailə üçün sənətindən də keçə bilər:

"Əsas odur insanın həyatını paylaşa biləcəyi, ruh əkizi olsun. Ad olsun deyə evlənmək istəsəm, çoxdan ailəm olardı. Sadəcə diləyirəm ki, istədiyim adamla ailə qurum. Bu da qismətdir də. Amma ruh əkizimi axtarmıram, gözləmirəm. Düşünürəm ki, o özü lazım olan vaxtda gələcək. Bir şeyin arxasınsca çox qaçmaq lazım deyil, "xeyirlisi" deyib gözləməlisən. Ailə daimidir, sənətdən də, karyeradan da vacibdir.

O sona qədər sənin yanındadır. Bir yastığa baş qoyduğun insanın fikirlərini önəmsəmək lazımdır. Yanlış seçimlərim çox olub. İnsan etdiyi səhvin nəticəsini görəndən sonra, yüz ölçüb, bir biçir. Yaşadıqlarından nəticə çıxarmaq lazımdır. Deyirəm, bunu yaşamalıymışam ki, anlayım, nəyin səhv, nəyin düz olduğunu bilim. Mən məsləhət dinləməyi bacarıram, çox zaman öz bildiyimi edirəm. Peşman olduğum anlar da olur, o zaman da şükür etmişəm".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.