Deputat: Qazilər 2-ci dərəcə əlillik aldıqdan sonra onları işlə təmin etmək olmur

18-01-2024, 16:44           
Deputat: Qazilər 2-ci dərəcə əlillik aldıqdan sonra onları işlə təmin etmək olmur
Qazilər, şəhid ailələrindən işlə təmin olunmaq üçün müraciətlər alırıq”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.

Deputat bildirib ki, qazilər əlillik almaq üçün də müraciət edirlər: “Biz DOST mərkəzi vasitəsilə onların əlillik almasına kömək edirik. 2-ci dərəcə əlillik alandan sonra isə onları işlə təmin etmək olmur. Bununla bağlı ümumi mərkəz yaradılsa yaxşı olar".

Deputat həmçinin 1 və 2-ci sinifdə proqramların yüklənməsi ilə bağlı problemi qaldırıb: “Uşaqlar dərslə çox yüklənir. Biz Elm və təhsil komitəsi ilə birgə bu məsələ ilə bağı dinləmə keçirək. Şagirdlərin niyə bu qədər yüklənməsinə aydınlıq gətirək”.

Mənbə: apa.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.