"Müştəri düşəndə özündən diksinir" - Taksi şirkətləri qaydalara niyə əməl etmirlər?

24-07-2024, 17:08           
"Müştəri düşəndə özündən diksinir" - Taksi şirkətləri qaydalara niyə əməl etmirlər?
Taksi şirkətlərindən biri qoyulan yeni tələblərə əməl etmir.

Belə ki, ili 15 ildən çox olan avtomobillər də taksi kimi fəaliyyət göstərir.

Həmçinin, bəzi sürücülər qeydiyyatdan keçdiyi avtomobillə sifarişi qəbul etsə də, ünvana fərqli maşın gəlir.

Sürücülər bildiriblər ki, avtomobillərin əksəriyyəti köhnə olduğundan müştəri düşəndə özündən diksinir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, belə hallarla rastlaşan vətəndaşların "141" çağrı mərkəzinə məlumat vermələri tövsiyə olunur. Onların müraciəti əsasında isə araşdırma aparılaraq müvafiq tədbirlər görülür.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.