"Bəzi direktorlar biznes qurub, cinayətdə iştirak edirlər" - Ceyhun Məmmədov

12-10-2024, 12:18           
"Bəzi direktorlar biznes qurub, cinayətdə iştirak edirlər" - Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov "Sabaha Elnarə ilə" verlişində qonaq olub.

News365.az xəbər verir ki, deputat bəzi məktəb direktorlarının qanunsuz işlər aparmasından danışıb.

"Təəssüf ki, bəzi direktorlar biznes qurublar. Deyirlər ki, gətir bu qədər pul ver, sənin uşağın məktəbə gəlməsin. Direktorlar bu cinayətdə iştirak edir. Bunu təbii ki, müəllimlər də, başqaları da görür. Hamının gözü qarşısında olur və biz də normal kimi baxırıq, amma normal deyil. Biz bununla bağlı çox ciddi işlər aparmalıyıq. Kompleks yanaşma olmalıdır ki, bunu azaldaq. Əlbəttə bir gün içində həll olunmaz, amma zamanla müəyyən addımlar atmaqla uğura nail ola bilərik."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru