Gündəmi zəbt edən qəzadakı sərnişin hadisə anını DANIŞDI: "Sürücü qəribə səslər çıxarırdı, sonra qışqırdı" VİDEO

11-04-2025, 10:47           
Gündəmi zəbt edən qəzadakı sərnişin hadisə anını DANIŞDI:
Gündəmi zəbt edən avtomobil qəzası ilə bağlı bəzi detallar məlum olub.

ARB TV məlumat verir ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov metronun "Bakmil" stansiyası yaxınlığından sərnişin götürərək yüksək sürətlə hərəkət edib. O, avtomobili əvvəlcə körpünün beton dirəklərinə çırpıb, daha sonra isə prospektin əsas hissəsinə düşüb.

Məlumata əsasən, Sevda Həşimova proqram vasitəsilə taksi sifariş edib. Anar Nəcəfov isə onu götürərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başlayıb.

Qəza zamanı xəsarət alan sərnişin Sevda Həşimova hadisə ilə bağlı bildirib:

"Avtomobilə yeni minmişdim ki, sürücü qəribə səslər çıxarmağa başladı və qəfil ayağını qaza basdı. Hələ çox getməmişdik ki, birdən-birə özümü havada hiss etdim".

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.