Venesuela prezidenti Nikolas Maduro Amerika lideri Donald Trampa açıq dialoqa başlamağı təklif edib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu çərşənbə günü keçirilən mətbuat konfransı zamanı deyib.
"Əgər Tramp istəsəydi və Obamanın Venesuelaya qarşı uğursuzluğa düçar olmuş siyasətini, öz siyasətini dəyişmək qərarına gəlsəydi, mən danışılmalı olan bütün mövzular üzrə dialoq aparmaq üçün onun qulluğunda hazıram", - deyə Maduro bildirib.
Lakin o həm də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu onun devrilməsi və qətli ilə bağlı plan hazırlamaqda ittiham edib.