Rusiya bombardmançı təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulması yanlış addımdır.
Axar.az xəbər verir ki, bunu Qazaxıstan Parlamentinin spikeri Qasım-Jomart Tokayev öz Tvitter səhifəsində paylaşıb. Onun sözlərinə görə, bu addım Rusiya-Türkiyə münasibətləri üçün ağır nəticələrə səbəb olacaq.
Qeyd edək ki, dünən Türkiyə sərhədlərini pozan Rusiyanın Su-24 təyyarəsi türk hərbçiləri tərəfindən vurulub.