ABŞ Mərkəzi Bankı: “Sonra sərt pul siyasəti maliyyə bazarlarını alt-üst edə və bəlkə də arzuolunmaz şəkildə iqtisadiyyatı durğunluğa itələyə bilər”
3-12-2015, 12:15
ABŞ Mərkəzi Bankı FED-in sədri Janet Yellen iqtisadi mənzərəyə etimad göstərdiyini və sıfır faiz dövrünü başa vurmaq üçün çox gözləməyin sonra Mərkəzi Bankı çox sürətli sərt pul siyasətinə məcbur edəcəyini, bunun da maliyyə bazarlarını və altı ildir ki, davam edən iqtisadi artımı alt-üst edə biləcəyini söyləyib.
teref.az “marja”ya istinadən bildirir ki, Yellen “Federal Açıq Bazar Komitəsi (FOMC) siyasəti normallaşdırmaq üçün çox gözləsə, yəqin ki, iqtisadiyyatın hər iki hədəfimizdən uzaqlaşmasının qarşısını almaq üçün pul siyasətini nisbi olaraq sərtləşdirməli olacaq” deyib və “Sonra sərt pul siyasəti maliyyə bazarlarını alt-üst edə və bəlkə də arzuolunmaz şəkildə iqtisadiyyatı durğunluğa itələyə bilər” şəklində danışıb.
Yellen oktyabrdan bəri gələn məlumatların FED-in maraqlarına uyğun olduğunu, faiz artımı üçün çox gözləməyin riskli olduğunu vurğulayıb.
Mötədil inkişafın davam etdiyinə diqqət çəkən sədr iqtisadiyyatın gələcək bir neçə ildə böyüməyə davam edəcəyini, məşğulluğun artacağını və inflyasiyanın da 2% hədəfinə yüksələcəyini bildirib.
Yellen xarici mənbəli aşağı istiqamətli risklərin azaldığını ifadə edib və Çindəki ləngimənin məhdud və mərhələli olacağını deyib.
Faiz siyasətində iqtisadi göstəricilərə bağlı bir yol gedəcəklərini qeyd edən Yellen faiz artımının təxirə salınmasının iqtisadiyyatda risklərə səbəb olacağını qeyd edib.
Janet Yellen, gələcəkdə (ilk faiz artırımından sonra) faiz artırımının sürətinin inflyasiyanın Mərkəzi Bankının hədəfinə doğru necə yüksəldiyinə bağlı olacağını deyib.
Məlumat üçün bildirək ki, Yellen bu gün Konqresdə çıxış edəcək.
FED-in builki son iclası 15-16 dekabr günlərində baş tutacaq. Çox ekspert bu iclasda faizlərin artırılacağını gözləyir. Faizlərin artırılması ilə dolların daha da bahalaşacağı gözlənilir.