Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
3-12-2015, 17:06
Hələ son parlament seçkilərindən əvvəl proqnozlaşdırılan kadr islahatlarına start verilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.
Xəbəri verən qaynaq bildirir ki, yaxın günlərdə, daha çox ehtomal olunur ki, gələn həftə ərzində 3 rayonun icra hakimiyyətinin başçısı dəyişdirilsin.
Mənbənin bildirdiyinə görə, Ağsu, Xaçmaz və Ağdam rayon icra başçıları dəyişdiriləcək.
Mənbənin dia.az-a spylədikləri: "Bu 3 icra başçısının heç biri yenidən hansısa vəzifəyə təyin olunmayacaq. Xaçmazın icra başçısı kifayət qədər yaşlıdır, Ağsunun icra başçısı da eləcə... Ağdamın icra başçısının adı isə qaranlıq olaylarda hallandırılır".