Azərbaycanda PKK yandaşları hakimiyyətə qarşı hərəkətdə... - Aldanmamalıyıq...
7-12-2015, 12:54
Hər zaman Azərbaycanda digər azsaylı xalqlara qarşı dövlət tərəfindən tətbiq edilən siyasət dünyanın hətta ən demokratik quruluşları tərəfindən belə təqdir olunub. Əslində bütün bunlar Azərbaysanda superetnos hesab olunan Azərbaycan türkünün milli xarakterik keyfiyyətindən irəli gələn haldır.
Təsadüfi deyilmıyib ki, əgər SSRİ dağılan ərəfədə ermənilər Azərbaycana qarşı torpaq iddiasında olmasaydılar, indi bütün Azərbaycanın sahibi olacaqdılar. Bu, doğrudan da belədir. Yəni Azərbaycanda tarixin hem bir dönəmində hansısa millətə qarşı xüsusi aqresivlik nümayiş olunmayıb və kimlərsə bu ölkədə özlərini məhz milli mənsubluqları baxımından diskomfort hiss etməyiblər.
Amma maləsəf, eyni münasibəti Azərbaycan dövləti hər zaman cavab olaraq görməyib.Bunun nəticəsidir ki, bu gün Azərbaycanda hətta aşkar şəkildə terrorçu PKK-nıln təbliğatçılarına da rast gəlirik, ölkəmizdə süni şəkildə etnik problemin varlığını hiss etdirməyə çalışanlara da.
Amma onların ağızları hər zaman ovulub, bundan sonra da olacaq. Çünki Azərbaycanda yaşayan bütün xalqlar böyük əksəriyyətlə bu dövlətə bağlı olmaqla yanaşı, özlərini bu dövlətin mayasında hiss etdiklərindən süni təxribatçı hərəkətlənmələrə gülərək yanaşıblar.
Bu gözəl təzahürata baxmayaraq, fakt isə faktlığında qalır. Faktdır ki, bu gün çörəyimizi yeyib üzümüzə ağ olanlar var.
DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, həmin bölücü təfəkkürlü zatlar bu gün özlərinə qarşı əsas maneə kimi məhz dövləti təmsil edən ayrəı-ayrı məmurları, bütünlükdə olaraq isə Azərbaycan hakimiyyətini görürlər. Bu barədə DİA.AZ-a daxil olan məlumatda qeyd olunur.
Xəbəri verən mənbə bildirir ki, bu gün Azərbaycanda rahat şəkildə meydan sulayan PKK yandaşları məlum "MTN işi" prosesinin ardından o qədər pəjmürdə olublar ki, hətta hakimiyyətdən qisas almağa belə çalışırlar:
"Siz onlara diqqət edin. Onları hər kəs yaxşı tanıyır. Ayrı-ayrı KİV-lərdə əzabkeş kimi görünərək dövlətin məmurlarına qarşı böhtan kampaniyasına girişiblər. Özlərini indi də radikal müxalifətçi və yaxuda "əzilən xalq nümayəndəsi" kimi təqdim edirlər. Daha bölücülük fikirlərini kənara atıblar. Çünki əvvəlki kimi himayə altında deyillər. Ona görə də ehtiyatlı davranmaq zorundadırlar.
Amma yenə də alınmayacaq. Cildlərini dəyişsələr də, mahiyyətləri dəyişməyib. Dövlət onları artıq nəzarətdə saxlayır. Sadəcə olaraq ağrılı olanı odur ki, bəzi KİV-lər bu adamların tələsinə düşür. Hər kəs ehtiyatı əldən verməməlidir. Hansısa "narazı vətəndaş" qiyafəsində gələnin uydurduqlarına aldanıb hakimiyyətə, dövlətin məmurlarına böhtan atanlara tribuna olmaq olmaz".
Dia.az olaraq həmin şəxslərin bəzi unudulmayacaq fotolarını təkrar olaraq təqdim edirik...