Mübariz Mənsimov Hadı Rəcəblini lağa qoydu: "Get biraz dincəl"

19-01-2020, 17:24           
Mübariz Mənsimov Hadı Rəcəblini lağa qoydu: "Get biraz dincəl"
Mübariz Mənsimov Hadı Rəcəblini ələ saldı...

Facebook Azərbaycan sektorunun ən böyük səhifələrindən olan Azerbaijan-Azerbaycan səhifəsinin 9 fevral tarixində baş tutacaq parlament seçkilərinə qatılmış namizədlərlə bağlı həyata keçirdiyi onlayn sorğu maraqlı nəticələrlə diqqət çəkir.

Sfera.az-ın məlumatına görə, belə maraqlı məqamlardan biri isə 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə əsas iddiaçılar – Hadı Rəcəbli və Rəvan Bəşirov arasında təşkil edilən onlayn sorğu zamanı yaşanıb. Hadı Rəcəbliyə nəzərəçarpacaq səs fərqi ilə qalib gələn gənc namizəd Rəvan Bəşirova dəstək inanılmaz olub. Yazılan rəylərdə də rəqibini açıq-aşkar üstələyən Rəvan Bəşirova dəstək verənlərdən biri isə "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov olub.

O, yazdığı rəydə Hadı Rəcəbliyə müraciətlə artıq yaşlandığını diqqətə çatdıraraq bir qədər də ironiya ilə belə bir cümlə yazıb: "Artıq tarlada çalışın. Bu günə qədər deputat kimi nə etmisiniz ki, yenidən seçilmək istəyirsiniz?”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru