Ermənistan müdafiə naziri Seyran Ohanyan erməni ola bilər, amma qafqazlı deyil

16-12-2015, 20:42           
Ermənistan müdafiə naziri Seyran Ohanyan erməni ola bilər, amma qafqazlı deyil
Ermənistan müdafiə naziri Seyran Ohanyan erməni ola bilər, amma qafqazlı deyil. Ermənistanın müdafiə naziri yaxınlarda bir daha özünün kimliyini təsdiqləməyə ehtiyac gördü. Azərbaycan rəsmilərinin ünvanına təhqirlər səsləndirdi. Onun bu emosiyası başa düşüləndir. Azərbaycan ordusu konkret hər hansı bir əməliyyatda Ermənistan ordusunu ciddi itkiyə məruz qoyub.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, nə baş verməsindən asılı olmayaraq, onun Azərbaycanın və yaxud Azərbaycan rəsmilərinin ünvanına söyüş söyməsinə əsası və ya mənəvi haqqı yoxdur:

I. S.Ohanyan nazir olsa da, şəxsiyyət kimi deqredasiya olunub. Yeganə nazirdir ki, onun ailəsinin müasir davranışı aşkarlandı və bəlli oldu ki, həyat yoldaşı heç də kasıb dövlətin nazir arvadının həyat tərzini yaşamır. S.Sərkisyanın mülkləri barədə, korrupsiya fəaliyyəti barədə Ermənistan mətbuatında ara-sıra yazırlar. İndiki yaşadığı ev özünün şəxsi evi olsa da, o evində guya icarədə yaşayır. Hər il bu məqsədlə ER müdafiə nazirliyinin büdcəsindən bir neçə 100 min dollar icarə haqqı vəsait alır.

II. Həyat yoldaşının maşınının qəzası zamanı adam öldürməsini ört-basdır etməsindən sonra yayılan faktlar bu ailənin keçmişinə işıq saldı. Hər-halda S.Ohanyan kişidirsə, dilini qısa etməlidir.

III. S.Ohanyan Ermənistanın ali baş komandanının “yarım ştat” mövcudluğunu Ermənistanın təhlükəsizliyini gücləndirən faktor hesab etməsi də onun həm nazir, həm də insan kimi keyfiyyətlərini aşkarlayır. S.Ohanyan üçün Ermənistan ordusu döyüş ordusu kimi deyil, korrupsiya mənbəyi kimi lazımdır. Ona görə, Ermənistan ordusu etnokriminallığın təlim-məşq bazasına çevrilib. S.Ohanyanın başqa siyası məqsədlərinin olması da mümkündür.

IV. S.Ohanyan dünyada yeganə müdafiə naziridir ki, terror təşkilatı ilə əməkdaşlıq edir. ASALA-nın salamat qalmış bütün keçmiş üzvləri indi Ermənistanın müdafiə nazirliyinin ştatlı işçiləridir. Onlardan hətta üçü S.Ohanyanın müşavirləri olub. Sadəcə onlardan bəziləri son siyasi proseslərdə müxalifətin mövqeyini dəstəklədiyi üçün S.Ohanyan onların pullarını kəsdi.

M.Əhmədoğlu qeyd edib ki, öz ailəsini idarə edə bilməyən, ordunu siyasət və korrupsiya mənbəyinə çevirən, terror təşkilatı ilə əməkdaşlıq edən S.Ohanyanın nəinki Azərbaycan rəhbərliyini, hətta erməni xalqını söyməyə səviyyəsi çatmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.