Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi məhkəməyə müraciət edib

17-12-2015, 12:53           
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi məhkəməyə müraciət edib
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun və onunla birlikdə həbs edilən - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədov məhkəməyə müraciət ediblər.

Bu barədə APA-ya məlumat verən R. Məmmədovun vəkili Akif Əlizadə bildirib ki, hər üç şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dekabrın 9-da Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay artırılıb. Həmin qərarla razılaşmayan təqsirləndirilən şəxslər isə vəkilləri vasitəsi ilə apellyasiya şikayəti veriblər. Onlar həmin qərarın ləğv edilməsini və azadlığa buraxılmalarını istəyirlər.

Akif Əlizadə bildirib ki, apellyasiya şikayətlərinə dekabrın 18-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, adı çəkilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.