Elman Rüstəmov bank əmanətçilərinə müraciət etdi — VİDEO

22-12-2015, 00:10           

“Bank sektorunda olan vəziyyət bizim diqqətimizdədir”.

Bank sektorunda sabitlik bizim çox mühüm missiyamızdan biridir. İlk növbədə televiziya tamaşaçıları üçün qeyd etmək istəyirəm ki, bank sektorunda vəziyyət stabildir.

Bunu AzTV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

AMB rəhbəri qeyd edib ki, bu gün bu sabitliyin başlıca göstəriciləri var.

“Bank sektorunun sabitliyinin ən başlıca göstəricisi beynəlxalq praktikada qəbul olunan kapital adekvatlığıdır. Beynəlxalq praktikada normalda bu 8%-dirsə, bu gün Azərbaycan bank sektorunda bu göstərici 17% səviyyəsindədir. Bu gün bankların likvidliyi 2 dəfədən çoxdur. Bank sektoru sabit bir sistemdir. Əvvələr də biz bank sisteminin müxtəlif stress-testləşməsini aparırdıq, o cümlədən də məzənnənin bu səviyyəyə çatması mümkün olan ssenarilərdən biri idi. Stress-testlərin nəticələri göstərir ki, bu məzənnə səviyyəsində bank sektoru kifayət qədər davamlılıq nümayiş etdirir. Və bütövlükdə əmanətçilər üçün heç bir təhlükə yoxdur, mən bunu tam məsuliyyətimlə demək istəyirəm”, - deyə, E. Rüstəmov bəyan edib.

Mərkəzi Bank rəhbəri qeyd edib ki, bütün bunlara baxmayaraq, AMB bank sektorunun sabitliyini, onun dayanıqlığını artırmaq üçün əlavə tədbirlər planlaşdırır.

“Bu əsasən iki istiqamətdə həyata keçiriləcək. Tənzimləmə bazasının bir daha yumşaldılması imkan banklara əlavə kapitallaşma, likvidliyinin yüksəldilməsi, aktivlərin keyfiyyətinin yaxşılaşdırılması, əlavə maliyyə ehtiyatlarının yarandılması kimi imkanlar verəcək. İkincisi isə əhalinin əmanətləri ilə bağlıdır. Bütövlükdə əmanətlərin 80%-ə qədəri xarici valyutadadır. Onlar məzənnə dəyişikliyindən yaxşı sığortalanıblar.

O ki qaldı əlavə sığortalanmaya, biz əmanətlərin sığortalanması sisteminin yaxşılaşdırılması istiqamətində işlərimizi tamamlayırıq. Azərbaycan əmanətçiləri üçün daha geniş və fundamental münbit bir şərait yaratmaq istəyirik ki, onların əmanətləri qorunub-saxlansın. Əmanətçilərin qayğıları bizim diqqət mərkəzimizdədir və hesab edirəm ki, onların narahat olması üçün heç bir elə bir ciddi əsas yoxudr”, - deyə, E. Rüstəmov bildirib. (oxu.az)
TEREF.İNFO













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.