Qubadakı YAP-çılar yerli təşkilat sədrindən şikayət etdilər... - Prezidentə müraciət...

22-12-2015, 13:59           
Qubadakı YAP-çılar yerli təşkilat sədrindən şikayət etdilər... - Prezidentə müraciət...
Hakim Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının fəalları daından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, YAP-nın Sədr müavini, İcra Katibi Əli Əhmədova müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a ünvanlanan müraciətin mətnində deyilir:

"Hörmətli Cənab Prezident! Biz YAP-nın fəalları, Quba rayon Təşkilatının üzvləri və Quba rayon təşkilatının yaradıcıları rayon təşkilatında olan özbaşnalığa və haqsızlığa göz yuma bilmədiyimiz üçün Sizə müraciət edirik.

Hörmətli Cənab Prezident! 2010-cu ildən YAP Quba rayon təşkilatına sədrlik edən Ədalət Nəbiyev partiyanı rayonda nüfuzdan salmışdır. Belə ki O, kənar rayonlarda işləməklə partiyaya "rəhbərlik edib". Uzun müddət Xaçmaz rayonunda işləyə-işləyə YAP Quba rayon təşkilatına rəhbərlik edib. İndi də Ağcabədi rayonunda işləyir və orda yaşayır. Amma yenə də YAP Quba rayon təşkilatına rəhbərlik edir.

Dəfələrlə biz, yəni partiyanın fəal üzvləri kimi sədrlə görüşmək istəsək də, bu mümkün olmayıb. Biz məcburuq ki Ağcabədi rayonuna gedərək onunla görüşək. Cənab Prezident, təsəvvür edin ki biz onunla görüşmək üçün 100 km-lərlə yol qət etməliyik. Ədalət Nəbiyev ayda 1 dəfə ayın axırıncı bazar günü rayona gəlir və həmin günü də öz gününü istirahət mərkəzlərində kef məclisləri düzəldərək keçirir.

Ədalət Nəbiyev YAP Quba rayon təşkilatına sədr seçildiyi gündən bu günə kimi partiyanın üzvlük haqqlarından yığılan 100 minlərlə manat vəsaiti saxta yollarla, öz vəzifəsindən sui istifadə edərək mənimsəyib. Mənimsədiyi pulları öz şəxsi biznesinə, kef məclislərinə, xarici avtomobillərin alınmasına, Quba rayonunda və Bakı şəhərində mənzillərin alınmasina xərcləmişdir".

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "...Rayonda keçirilən heç bir siyasi-ictimai tədbirlərdə iştirak etmir. Nə vaxt soruşuruq deyirlər ki "Ədalət müəllim yoxdu, Ağcabədi rayonundadı".

Cənab Prezident, Qubada YAP-ın sədri işləməy hara, Ağcabədi rayonunda işləmək və yaşamaq hara. Rayon İcra Hakimiyyəti başçsının hesabatında məlum oldu ki YAP Quba rayon təşkilatının özündədə vəziyyət ürəkaçan deyil. Belə ki YAP Quba rayon təşkilatının idarə və müəssisələrə küllü miqdarda borcu var. Pensiya idarəsinə 70 min manat, Qaz və İşıq idarələrinə isə 3000 manat. Hesabatda məlum oldu ki, işçilərə aylarla əmək haqqı verilmir. YAP Mərkəzi aparatına 5-6 aydır ki, pul köçürülmür. Bütün bunlar onu göstərir ki Ədalət Nəbiyev idarənin problemlərinin həlli ilə məşğul olmur. Üzvlük haqqlarından toplanan vəsaiti öz səxsi vəsaiti kimi mənimsəyir və partiyanı allahın ümidinə buraxıb. Partiyanın Mərkəzi Aparatına yalan məlumatlar verilir. Mərkəzi Aparata göndərilən hesabatlarda yığılan pullar gizlədilir, hesabatlar saxtalaşdırılır və reallıq əks etdirilmir. Bütün bu işlər partiyanın mühasibi M. Qonaqovanın əli ilə həyata keçirilir"

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.