"Mitinq çağırışı olsa, Azərbaycan xalqı buna etiraz edəcək"

22-12-2015, 16:17           
"Mitinq çağırışı olsa, Azərbaycan xalqı buna etiraz edəcək"
Fəzail Ağamalı: "Devalvasiya məsələsi xalqımız tərəfindən düzgün qiymətləndirilir"...
“Devalvasiyanın Azərbaycan dövlətinin iradəsindən kənar baş verməsi kimi hallar xalqımız tərəfindən düzgün qiymətləndirilir”. Deputat Fəzail Ağamalı il ərzində baş verən ikinci devalvasiyanı musavat.com-a şərh edərkən belə deyib.

Onun sözlərinə görə, müxalifətin bir qanadı bu məsələdə doğru mövqe tutur: “Bu, hər halda konstuktiv qanaddır. Dövlətçilik mövqeyində duran, dövlətçiliyimizin, müstəqilliyimizin qorunub saxlanılmasının vacibliyini dərk edən və öz imkanları ilə bu istiqamətdə fəaliyyət göstərən, imkanlar daxilində proseslərə təmkinli yanaşan müxalifət partiyaları var. Bunların açıqlamaları təbii ki, haradasa bir səmimi xarakter daşıyır. Müxalifətin bu cür qanadı var və təbii ki, onların söyləmiş olduğu fikirlər obyektiv fikirlərdir. Qaldı müxalifətin dağıdıcı, daha çox radikal xarakterli, ekstremist xarakterli qanadına, onların sadəcə olaraq, yaranmış olan situasiyadan istifadə etmək imkanları yoxdur. Çünki onlar Azərbaycan cəmiyyətində nüfuza malik deyillər, sosial dayaqları yoxdur. Əslində mən deyərdim ki, elə sosial dayaqların olmaması məsələsinin digər partiyalara da aid edim. Lakin yanaşmalarda bir az fərq var. Beləliklə, onlar məncə onun fərqindədirlər ki, Azərbaycan xalqı yaranmış olan situasiyanın Azərbaycan dövləti tərəfindən məcburən, zorən yerinə yetirilən bir addım kimi dəyərləndirir. Çünki dünyada gedən proseslər, Suriya ətrafında alovlanan müharibə, neftin qiymətinin aşağı düşməsi, dünyanı bürüyən və getdikcə daha da ağırlaşan iqtisadi maliyyə böhranı, dollara yeni yanaşma və bu yanaşmanın birbaşa, əlbəttə ABŞ-ın strateji maraqlarına xidmət etməsindən doğan, dollar məkanında olan ölkələrin milli valyutasına təsiri və devalvasiyanın Azərbaycan dövlətinin iradəsindən kənar baş verməsi kimi hallar xalqımız tərəfindən düzgün qiymətləndirilir. Düzgün başa düşülür. Ona görə də hər hansı etirazla bağlı çağırış olsa belə, Azərbaycan xalqı, onun mütləq əksəriyyəti bu cür çağırışlara çox etirazla, çox kəskin cavab vermək düşüncəsindədir. Çünki artıq ötüb keçən illər ərzində Azərbaycan xalqı müstəqilliyimizə, dövlətçiliyimizə və müstəqilliyimizin bu günkü səviyyəsi haqqında Heydər Əliyev siyasi irsinə olan, bu gün respublikada prezideti İlham Əliyev tərəfindən yüksək səviyyədə bu işin davam etdirilməsinə və bu irsin idarə olunmasına göstərmniş olduğu, alternativsiz rəhbərlik və vermiş olduğu töhfələr Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu səbəblər əlbəttə, manatın dəyərinin aşağı düşməsi və artıq gözlənilməz həddə olması dediyimiz kimi, hər hansı bir siyasi və sosial qabarmalar yaratmadı. Bu, hər şeydən öncə Azərbaycan dövlətinə, ölkə prezidentinə inamdan irəli gələn bir yanaşmadır ki, Azərbaycan xalqı bu gün bu baxımdan öz iradəsini ortalığa qoyub. Partiyalar, istər radikal, istərsə də dövlətçilik mövqeyində duran konstruktiv müxalifət bütün bunları görür, başa düşür, dərk edir. Ona görə də həmin addımları atmırlar, mitinq, aksiya çağırışları etm












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.