“Gənclər narkomaniyaya YOX deyir!”

22-12-2015, 21:16           

teref.az - 22 dekabr 2015-ci il tarixdə Nəsimi rayon İcra Nakimiyyəti Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə birlikdə ali və orta təhsil müəsisələrinin rəhbərlərinin, hüquq mühafizə orqanlarının, qeyri hökümət təşkilatlarının və tələbə gənclərin iştiraki ilə “Gənclər narkomaniyaya YOX deyir!” mövzusunda tədbir keçirmişdir.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Nəsimi rayon Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının 2015-ci il ərzində həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir.
Bildirilmişdir ki, narkomanlığa qarşı mübarizə tədbirləri çərçivəsində ali və orta təsil müəssisələrində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin, Nəsimi rayon Polis İdarəsinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları ilə “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam gənclik narkomaniyaya yox deyir”, “Asudə vaxtımızı səmərəli keçirək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və digər mövzularda toplantılar, diskussiyalar təşkil edilmişdir.
Nəsimi rayon “Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” komissiya tərəfindən 2015-ci il ərzində yeniyetmə və gənclər arasında narkomanlığın qarşısının alınması və gənclərin digər neqotiv hallardan uzaq tutmaq üçün məktəblərdə marifləndirmə işləri aparılmışdır.
Noyabr-dekabr aylarında 5, 35, 44, 111, 151, 211 saylı məktəblərdə rayon komissiyası tərəfindən keçirilən tədbirlərdə narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurduğundan, həmçinin narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi qeyd edilmişdir.
Dövlət Proqramına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabritasiyası və resosializasiyası üzrə Proqram”ına əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin kompleks müalicə reabritasiyası, narkotik istifadəçilərinin aşkar edilməsi, narkomanlığın müalicəsi ilə məşğul olan tibbi kadrların patensialının gücləndirilməsi, narkoloji yardım göstərən tibb müəssisələrinin maddi texniki bazalarının gücləndirilməsi və əhali arasında narkomanlığın zərəri barədə maarifləndirmə işlərinin gücləndirilməsi barədə müzakirə aparılmışdır.
Nəsimi rayon Polis İdarəsinin nümayəndəsi Vüsal Rəhimov hüquq mühafizə orqanları tərəfindən narkotiklərlə əlaqəli aşkar olunmuş cinayətlər və qanunsuz dövriyyədən müsadirə olunmuş narkotik vasitələr, psixotrop maddələr və onların və onların prekursorları barədə məlumat vermişdir.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyan, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə məlumat vermişdir.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sifarişi ilə istehsal olunmuş “Mayak” filminə baxış keçirilmişdir.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.