Şirin Cəfəri müdafiə olundu - Partiya bəyanat verdi

29-12-2015, 18:00           
Şirin Cəfəri müdafiə olundu - Partiya bəyanat verdi
KXCP İdarə heyəti “Gündəm-xəbər” qəzetinə qarşı hakimiyyətin təzyiqlərinə son qoyulması ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

Azərbaycanın hakimiyyət sturukturlarının uzun illərdir mediya orqanlarına qarşı açdığı savaş genişlənir, basqılar kəskinləşir. Ölkədəki bütün sahələrdə olduğu kimi mətbuatda da “ayır-buyur” siyasəti kəskinliklə icra olunur. Hansısa mediya orqanları büdcədən maliyyələşir, əvəzində çox çətinliklə mövcudluqlarını saxlayan qəzetlər müxtəlif bəhanələrlə məhkəmələrə çəkilir, jurnalistlər ağır represiyalara məruz qalırlar. Ofşor banklarda gizlədilən milyardların mənbəyinin vergidən gizlədilməsi səbəblərinin araşdırılması, “paket”də əməkhaqqı vermək ənənəsin son qoymaq, ölkəni fəlakətə sürükləyən yüksək məmurlar təbəqəsinin qanun qarşısında cavabdehliyini reallaşdırmaq əvəzinə, yalnız həqiqəti yazdıqlarına görə mövcudluqlarını saxlaya bilən qəzetlər vergi bəhanəsiylə məhkəmələrə çəkilərək bağlanır, qəzetin məsul şəxsləri həbslərlə hədələnir, həqiqət deyə bilən mənbələrin varlığına son qoyulur. Artıq medianın növbəti qurbanı “Gündən-xəbər” qəzetidir. Vətəndaşı və təşkilatları hər cür, hətta hakimiyyət orqanlarının təcavüzündən qorumalı olan bəzi hüquq mühavizə orqanlarının müxtəlif maddələrlə “Gündəm-xəbər” qəzeti haqqıda qaldırdığı cinayət işinin məhkəmə prosesi artıq qanunun “təntənəsi” ilə başa çatmaq üzrədir. Sübut olmadığından bəzi maddələr qəzetin üzərindən götürülməsinə baxmayaraq, təhlükə getdikcə böyüyür. Proses belə davam edəcəksə, ölkədə insan haqlarının, söz azadlığının və nəhayət ədalətin qorunmasına məsul olan orqanlar, şəxslər, ən yaxşı halda, gözləmə mövqeyi tutacaqsa “Gündəm-xəbər” qəzetinində bir çox qəzetlər kimi fəaliyyətinə son qoyulacaqdır.

KXCP Azərbaycan Respublkasının prezidentindən, hüquq-mühavizə orqanlarının rəhbərlərindən ayrı-ayrı hakimiyyət sturukturlarının mediyaya qarşı apardığı savaşa son qoyulmasını, “Gündəm-xəbər” qəzetinə qarşı aparılan təzyiqlərin durdurulmasını, aşkarlığın qorunmasında müstəsna görəvlər daşıyan mətbuatın fəaliyyəti üçün normal şəraitin yaradılmasını tələb edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.