"Neftin qiyməti daha sərfəli həddə qədər qayıda bilər” - “Financial Times”
2-01-2016, 11:41
“Financial Times” 2016-cı ilin daha aktual iqtisadi və siyasi hadisələrinin inkişafı üzrə proqnozlarını bölüşüb.
Modern.az saytı adıçəkilən nəşrə istinadən bildirir ki, “Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdə qalacaqmı” sualına şərhçi Rula Halef müsbət cavab verir.
Ancaq qeyd edir ki, Yaxın Şərq dövlətinin indiki rəhbərinin səlahiyyəti nominal xarakterli olacaq. Moskva ilə Vaşinqtonun Suriyada hakimiyyətin təhvil verilməsi ilə bağlı razılaşdırdıqları 18 aylıq çərçivə var. Halef güman edir ki, proses rəvan keçməyəcək, Bəşər Əsəd, ekspertin fikrincə, axıra qədər hakimiyyətdə qalmaq uğrunda mübarizə aparacaq.
Nəşrin xarici siyasət üzrə icmalçısı Qideon Rahman qeyd edir ki, Almaniyadakı situasiya gərgindir. Ötən il bu ölkəyə Yaxın Şərqdən 1 milyona yaxın qaçqın gəlib. Angela Merkelin Xristian-Demokratik İttifaqından olan silahdaşları Kanslerin partiyanın konfransındakı çıxışını alqışlarla qarşılasalar da, həmkarlarının dəstəyi hakimiyyəti qorumaqdan ötrü ona yetməyəcək. Merkel miqrasiya axınını azaldacağına söz versə də, bu vədini yerinə yetirməyə nail ola bilməyəcək.
2015-ci il neft bazarındakı ucuzlaşmaya görə çətin olub. Qəzetin redaktoru Ed Kruks hesab edir ki, yenicə başlayan 2016-cı il də çətinlik vəd edir, bazar neftlə doldurulub və İran sanksiyalardan azad olunub.
Lakin dünyanın karbohidrogen istehsalçıları maliyyə qeyri-sabitliyindən əziyyət çəkəcəklər, şirkətlərə qazma qurğuları yığışdırmaq lazım olduğu səbəbindən əzab davam edəcək və layihələri ləğv etmək bazara mütləq təsir göstərəcək.
“Brent markalı neftin barrelinin qiyməti ona görə 50 dollardan aşağıdır ki, artan qlobal tələbatın dəstəklənməsi üçün zəruri sənaye investisiyaları cəlb etmək mümkün olsun. Əgər dünya iqtisadiyyatı retsessiyaya yuvarlanmayacaqsa, onda neftin qiyməti daha sərfəli həddə qədər qayıda bilər”, - icmalçı belə güman edir.