`Azərbaycan Qarabağ üzərində nəzarəti qaytara biləcək` - `Stratfor`
5-01-2016, 19:42
“Dağlıq Qarabağ müharibəsindən sonra Ermənistan Rusiya ilə əlaqələri gücləndirdi, rusları Gümridə saxladı və Avrasiya İqtisadi İttifaqına qoşuldu. Ermənistan həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan Rusiya ilə ittifaq qurmadı, əvəzində, çoxşaxəli xarici siyasət yürüdərək Rusiya, Qərb və Türkiyə ilə əlaqələrini balanslaşdırmağı seçdi”.
Bu fikirlər Stratfor Analitik Mərkəzinin “The Caucasus: A Crucible for Eurasian Powers” adlı hesabatındandır. Məqalənin orijinalını BURADAN oxuya bilərsiniz.
Hesabatda deyilir ki, Azərbaycan öz hərbi sistemini gücləndirir və bir gün Qarabağı geri almağa ümid edir. Məqalədə növbəti 25 il üçün demoqrafik dəyişikliyin proqnozu göstərilib. Bildirilir ki, 2050-ci ilə qədər Ermənistan əhalisi 9.6% azalacaq, Azərbaycanın əhalisi isə, əksinə 12.2% artacaq.
“Çox güman ki, Azərbaycan növbəti 25 il ərzində ya hərbi ya da diplomatik yolla Dağlıq Qarabağ üzərində nəzarətin ən azı bir qismini qaytara biləcək. Azərbaycan Gürcüstan və Türkiyə ilə əlaqələrini gücləndirəcək. Ermənistan isə İranla daha sıx iqtisadi və hərbi əlaqələr quracaq”,- deyə Stratforun ekspertləri qeyd edirlər.