Çindən önəmli addım - Qərar ləğv edildi

5-01-2016, 21:15           
Çindən önəmli addım - Qərar ləğv edildi
Çində valideynlər iki uşağa sahib olmaq üçün hakimiyyətin xüsusi icazəsinə ehtiyac duymayacaq.

Axar.az Röyter-ə istinadən xəbər verir ki, ÇXR Səhiyyə və Planlı Doğuş İşləri üzrə Dövlət Komitəsinin ötən il iki övlada sahib ola bilmək üçün valideynlərə verilən xüsusi icazə barədə qərar ləğv edilib.

İndi valideynlər heç bir müraciət və icazəyə sahib olmadan ikinci övlada sahib ola bilərlər.

Xatırladaq ki, Çin Xalq Respublikasının parlamenti ötən günlərdə hökumətin oktyabr ayında qəbul etdiyi “bir ailə - bir uşaq” siyasətinin ləvğ olunması ilə bağlı qərarı təsdiq edib. İndi bütün çinli valideynlərə 2 uşaq dünyaya gətirməyə icazə veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.