Göyçaylılar sahibkarların borcunu bağışlayan həmyerliləri ilə fəxr edir

6-01-2016, 12:31           
Göyçaylılar sahibkarların borcunu bağışlayan həmyerliləri ilə fəxr edir
Ölkəmizdə dolların kursunun bir gecənin içərisində qalxması insanlar arasında böyük narahatlığa səbəb oldu. İnsanları daha çox narahat edən məsələlərdən biri də, banka olan kredit borcları ilə bağlı idi.Bu mövzu ilə bağlı bir çoxlarına dərs ola biləcək bir xəbər eşitdik. Göyçay rayon sakinlərinin verdiyi məlumata görə, əslən Göyçay rayonundan olan milyarder Fərhad Əhmədov bu yaxınlarda Göyçaylılara böyük jest edib. Beləki, Fərhad Əhmədova məxsus olan “AzNar” QSC-nin əməkdaşlarının banka olan borclarının ödənilməsini üzərinə götürüb. O, anasının yeddi mərasimi keçirilən gün bu addımı atıb və bunu anasının vəfatı üçün ehsan kimi təqdim edib. Məşhur iş adamının bu addımı böyük sevinclə və alqışla qarşılanıb. Bu dünyaca məşhur Azərbaycan əsilli iş adamının ilk xeyirxah əməli deyil. O, hər zaman imkansız və köməksiz insanlara dəstək olub.Fərhad Əhmədovun bu addımı varidatlarının sayı-hesabı bilinməyən bir çox vəzifəli şəxslərə nümunə olmalıdır.Fərhad Əhmədov bu addımı atmaqla onun xalqına, elinə obasına necə bağlı adam olduğunun göstəricisidir.Xaricdə yaşamasına baxmayaraq Onun ürəyi daima Azərbaycanla döyünür.Bunun nəticəsidir ki, Fərhad Əhmədov milyonlarla manat pulu təmannasız olaraq doğma vətəninə xərcləyib.Kimlərsə burada qazandığı pulları xarici banklara daşıyıb, o isə xaricdə qazandığı şəffaf pulunu öz vətəninə xərcləyib.Atalar yaxşı deyib çörəyi ver çörəkçiyə üstəlikdə birini.Vətənin belə oğullarına ehtiyacı var.Siyasətdən uzaq, vəzifə iddiasında olmayan belə bir vətənpərvər təcrübəli Azərbaycanlı balasının vətəninə qayıtmasına yaradılan maneənin cənab Prezident tərəfindən aradan qaldırılacağına inanırıq.Göyçay camaatı bunun üçün Prezidentə müraciət edəcəklər. Fərhad Əhmədov kimdir ? Onu Azərbaycana yenidən qaytaran səbəblər nədir? Rusiya mətbuatında müxtəlif vaxtlarda yer almış məlumatlardan internet vasitəsilə öyrəndiklərimizdən bəlli olur ki, F.Əhmədov bu ölkənin ən nüfuzlu və varlı adamlarından biridir. Onun rəsmi tərcümeyi-halında göstərilir ki, F.Əhmədov Yamal-Nen Muxtar Vilayətindən Rusiya Federasiya Şurasının üzvü olub, ondan əvvəl isə Federasiya Şurasında Krasnodar vilayətini təmsil edib. Rəsmi bioqrafiyasında F.Əhmədovun 1955-ci ildə Bakıda anadan olduğu göstərilir. Ancaq o, əslən Qubadlı rayonundandır, uşaqlığı Göyçay şəhərində keçib. F.Əhmədovun atası sovet dövründə Göyçay konserv zavodunun direktoru olub. F.Əhmədov Bakını yeniyetmə olarkən - 15 yaşında tərk edib, məktəbdə təhsilini yarımçıq qoyub və 1969-cu ildə Rusiyaya gedib. Gənc Fərhad həmin il Moskvada texniki peşə məktəbinə daxil olub, çilingər ixtisasına yiyələnib. Daha sonra orduya gedib. Hərbi xidmətdən qayıdandan sonra - 1977-ci ildə Skryabin adına Veterinarlıq Akademiyasına qəbul olunub, mallar və əmtəəşünaslıq ixtisası üzrə təhsil alıb. Daha sonra Qubkin adına Neft İnstitutunda aspiranturanı bitirib. Təhsilini başa vurduqdan sonra bir müddət dövlət idarələrində işləyib, 1985-ci ildə Qorbaçov tərəfindən elan olunan “perestroyka” nəticəsində özəl mülkiyyətə və biznesə icazə verildiyi üçün bu işgüzar gənc də dəri alverinə qoşulub. 1986-cı ildə F.Əhmədov artıq o vaxtkı SSRİ-nin xarici ticarət agentliyi vasitəsilə xarici ölkələrə xəz-dəri məmulatları ixrac edirmiş. Qeyd edək ki, Fərhad Əhmədov hazırda Böyük Britaniya vətəndaşıdır. O, Londonda yaşayır.

Göyçaydan hüquqşünas Rahim Sırac oğlu Bayramov
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.