MTN eks 1 müavini sayın Sülhəddin bəy Əkbərin diqqətinə.

4-06-2020, 20:46           
MTN eks 1 müavini sayın Sülhəddin bəy Əkbərin diqqətinə.
Mənə özəl yazılar yazılaraq, 1992-1993 illərində Milli Təhlükəsizlik Nazirinin 1 Müavini görəvində olan Sülhəddin bəy Əkbərin Azadlıq Radio TV də olan açıqlamasına fikrimi öyrənmek istəyiblər. Mən TV-ni gecə izləmədiyim üçün cavab verə bilmədim. Amma indi çıxışın video yazısını dinlədim. Tv də çox mövzudan danışılıb, onlara münasibət bildirmədən bir sualla Sülhəddin bəyə müraciət etmək istərdim.
Hörmətli Sülhəddin bəy xalq hərəkatından gələn ve yüksək görəvlərdə olan adamların KGB ilə əməkdaşlıq etdiklərini və siyahını Prezident Elçibəyə verdiyinizi və bu adamların görəvdə qalmasının dövlət üçün təhlükəli olduğunu deyirsiniz. Sizin dediyiniz adamlardan biri də Parlamentin Spikeri İsa Qembərdi. Siz İsa bəyin KGB əməkdaşı olduğunu ve yüksək görəvdə qalmasının doğru olmadığını bildirirsiniz. Eyni zamanda bütün güc strukturlarının Müdafiə Nazirliyinə tabe edilməsini, Nazirin də xalq hərkatından gələn etibarlı fiqurlardan biri İsa Qəmbərin təyin edilməsini təklif edirsiniz. İsa Qəmbər də sizin Təhlükəsizlik Naziri olmağınızı istəyir. Siz də Elçibəyi həm də ona görə ittiham edirsiniz ki, mənim nazir olmamı İsa bəy Prezidentə təklif edendə, Elçibəy də onlara deyirki, siz necə adamsınız?, Sülhəddin bəy mənə siyahı verir və sizləri KGB ilə əməkdaşlıqda ittiham edir, siz də onun nazir olmasını istəyirsiniz.
Daha sonralar siz, KGB ile əməkdaşlıqda ittiham etdiyiniz İsa Qəmbərin Musavat Partiyasında Müavini olursunuz, Prezidentlik yarışmasında müdafiə edirsiniz. Həm də oğlunuza İsa bəyi kirvə tutursunuz.
Sayın Sülhəddin bəy rica edirəm bu çəlişkili fikirlərinizə aydınlıq gətirəsiniz.

Sayqılarla Cahandar BAYOĞLU!
Turan Partiyası GK Başqanı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.