ABŞ İlham Əliyevə qarşı səhv etmişdi – Brayza

8-01-2016, 16:20           
ABŞ İlham Əliyevə qarşı səhv etmişdi – Brayza
Azərbaycan prezidenti İlham Əliyevin 2010-cu ildə Vaşinqtonda baş tutan nüvə təhlükəsizliyi sammitinə dəvət edilməməsi Ağ Evin diqqətsiz işi ilə bağlı olub.

AzVision.az xəbər verir ki, bu barədə məşhur diplomat, ABŞ Azərbaycandakı sabiq səfiri Metyu Brayza `Vestnik Kafkaza`-ya açıqlamasında bildirib.

“Deyə bilərəm ki, ABŞ Obamanın nüvə təhlükəsizliyi ilə əlaqədar ilk sammitinə prezident İlham Əliyevi dəvət etməməklə böyük səhv etmişdilər. Həmin vaxt sammitə Gürcüstan və Ermənistan prezidentləri dəvət olunmuşdu. Bu diplomatik yanlışlıq Ağ Evin diqqətsiz işinin nəticəsi idi”, - deyə Brayza qeyd edib.

Xatırladaq ki, yanvarı 6-ı Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində İlham Əliyev bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunduğunu yazmışdı.

N.Məmmədov qeyd edib ki, bu dəvəti ABŞ prezidenti Barak Obama Prezident İlham Əliyevə yazdığı məktubda edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.