Parlamentdə yeni komitə yaradılır? - Vitse-spikerdən AÇIQLAMA

30-04-2015, 13:15           
Parlamentdə yeni komitə yaradılır? - Vitse-spikerdən AÇIQLAMA
Milli Məclisin hüquq, iqtisadiyyat, sosial və digər sahələrlə bağlı müxtəlif komitələri var və onlar bir sıra qanun layihəsini hazırlayıb, plenar iclasa tövsiyə edir.

Lakin qanunverici orqanın gənclər siyasəti ilə bağlı ayrıca komitəsi yoxdur. Parlamentdə gənclər, onların məsələlərini kurasiya edən komitənin yaradılması lazımdırmı?

Milli Məclis sədrinin müavini Bahar Muradova Modern.az saytına açıqlamasında deyib ki, parlamentdə gənclər məsələsi həmişə prioritet istiqamət sayılıb. Bahar Muradova bildirib ki, Milli Məclisin Sosial siyasət komitəsi onsuz da gənclər mövzusunu həmişə diqqətdə saxlayır.

“Milli Məclisdə Sosial siyasət komitəsi var. Bu komitənin fəaliyyəti gənclər, səhiyyə, sağlamlıq sahəsi ilə bağlı bir çox məsələləri əhatə edir. Bundan başqa, Milli Məclisin digər komitələrinin hazırladığı qanun layihələrində gənclər siyasəti öz əksini tapır”.

Milli Məclis rəsmisi onu da əlavə edib ki, gənclərlə bağlı məsələlər zaman-zaman parlament tərəfindən gündəmə gətirilir.

“Buna görə də hər bir sahə üzrə ayrıca komitə yaradılsa, onda çoxlu sayda komitə olacaq. Hesab edirəm ki, buna da ehtiyac yoxdur”,-deyə Bahar Muradova qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.