Sumqayıtda ev YANDI: Hadisənin qəsdən törədildiyi iddia olunur

Bu gün, 00:10           
Sumqayıtda ev YANDI: Hadisənin qəsdən törədildiyi iddia olunur
Sumqayıtda fərdi yaşayış evi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 150 kv.m. olan ikimərtəbəli evdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb. Fərdi yaşayış evi yanğından mühafizə olunub.

"Report"un məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib. İddialara əsasən, yanğını ev sahibi qəsdən törədib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.