Tramp Putinlə bağlı qərarını verdi

Bu gün, 08:15           
Tramp Putinlə bağlı qərarını verdi
ABŞ Prezidenti Donald Tramp gələn həftə Yaxın Şərqə edəcəyi səfər zamanı Rusiya lideri Vladimir Putinlə görüş planlaşdırmır.

Referans xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt brifinq zamanı açıqlama verib. Onun sözlərinə görə, Tramp Putinlə görüş məsələsinə artıq aydınlıq gətirib.

“Prezident dünən bu suala cavab verdi: bu baş verməyəcək”, – deyə Livitt bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Putinin mayın ortalarında Yaxın Şərqə səfər planının olmadığını bildirib.

Xatırladaq ki, Tramp ötən ay Putinə görüş təklifi göndərdiyini və bu görüşün Yaxın Şərq səfərindən dərhal sonra baş tuta biləcəyini istisna etmədiyini demişdi. Onun mayın 12-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyi gözlənilir./globalinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.