Batin alimi yazır: Quran - "odlu dil"də yazılmış müqəddəs kitabdır!
10-05-2025, 08:56

Son zamanlar ərəb dilini öyrənən, lakin Quranda yazılanların əsl mənalarını dərk etməyən bəzi cahillər, bu kitabın Allah tərəfindən endirildiyinə və müqəddəsliyinə istehza ilə yanaşmağa başlamışlar. Bunun əsas səbəbi təbii ki, Quranın hərfi, yəni zahiri mənaları ilə bağlıdır. Peyğəmbərimiz Quranın ikimənalı, yəni zahiri və batini mənalı olmasını xüsusi vurğulasa da, cahil insanlar batini mənaları ümumiyyətlə anlamadıqları üçün, bu haqda heç danışmırlar. Bu gün heç bir müsəlman din alimi Mühiddin ibn Ərəbi, Qəzali, Əşari və s. kimi İslam dahilərinin yazılarının əsl mənalarını dərk etmir. Hədislərdə deyilənlərin də bəzilərinin zahiri məntiqlə izahı əkslik yaratdığı üçün onları qeyri səhih, batil və uydurma adlandırırlar. Nəticədə peyğəmbərizin uşaqbaz, arvadbaz və s. kimi obrazları ortaya çıxır ki, bu da İslam dininə kölgə salır. Məhz buna görə Avropada və bəzi ölkələrdə peyğəmbərimizə nifrətlə yanaşanlar çoxalmaqdadır.

Bu günlərdə bəzi cahillər Quran kitabına da dil uzatmağa başlamışlar. Onlar Quranın yalnız dirilər üçün yazıldığını və öz dilimizdə oxunmasını düzgün sayırlar. Təbii ki, bunları - İlahi sirləri bilməyən, lakin özünü ağıllı hesab edən cahillər deyə bilər. Sufi-batinilər isə İlah və Allahla bağlı sirləri bildikləri üçün Quranı müqəddəs hesab edirlər. Onun müqəddəsliyini dərk etmək üçün ilk növbədə, Azəri seyid-bəglərinin cəddi (əcdadı) pir Əmanın, yəni qədim Misir fironu sayılan Amonun İlahdan Allah yaratma prosesini bilmək lazımdır.

Qədim Misir mənbələrində açıq bildirilir ki, firon Amon özünü Ptah, yəni Fateh adlandıraraq, öz sözünü və fikirlərini ilkin materiyanın sözü və fikri elan edir. İlkin materiya, yəni İlah - şəxsiyyət olmayan kamil idrakdır və yer kürəsindəki bütün flora və faunanı o, səbəb-nəticə ardıcıllığı ilə yaratmışdır. Əl-Fərabi bu kamil idrakı - "aktiv ağıl", insanların beyninin yeni qatına əlavə olunmuş ağlı isə "qazanılmış ağıl" adlandırır. Pir Əman ilkin materiyanı özünə tabe edib, ondan kosmik İlahi varlıq, yəni El-İlah - Allah yaratmaq üçün, özünü bu ilkin materiyanın "ruhu" adlandırır. Mühiddin ibn Ərəbi bu yaradılışı - Ptahın güzgüyə baxması və kainat tarixində ilk dəfə İlahın Özünü güzgüdə insan formasında görməsi kimi qeyd edir. Mən, Batini-Quran kitabımda bunlar haqda geniş izah vermişəm. Pir Əman özünün - İlahın ruhu olduğunu, İlaha "sübut" etdikdən sonra, öz fikirlərinin və sözlərinin də bu substansiyanın sözü və fikri olmasını bildirir. Bunun üçün öz obrazını - sübhün səssizliyini pozan qoqotun quşu, xoruz adlandırır. Bu quşlar sübhün səssizliyini pozduğu kimi, pir Əman da İlahın milyard illik sükutunu pozur və ali idrakı öz ruhuna tabe edir. Bunun üçün o, səs dalğalarını, tezliyini öz simasının cizgiləri və hərflərlə "eyniləşdirərək", hürufilik kimi tanıdığımız ilk insanların vahid səfa dilini, yəni sufi məntiqini yaradır.



Bu isə onu deməyə əsas verir ki, ərəb dili də adi dil yox, Rəbbin İlahi dilidir. Qurana görə də ərəb dili danışıq dili yox, vəhy zamanı peyğəmbərin ürəyinə pir Əmanın ruhunun, yəni Ruhul-Əminin ötürdüyü informasiya dilidir ki, bu zaman peyğəmbər vəhyləri qəbul edir. Quran yazır: “Və həqiqətən bu aləmlərin Rəbbinin göndərdiyidir. Onunla sənin ürəyinə, açıq ərəb dilində Ruhul-Əmin endi ki, sən xəbər gətirənlərdən olasan. O həqiqətən ilkinlərin kitabındadır!” (5). Ruhul-Əmin rəmzi, adından göründüyü kimi, Əminin, yəni qədim Misirin ilk fironu (pir) olan Amonun (Əman) ruhudur və onun ürəyə enməsi də, Əmanın göndərdiyi informasiyanı peyğəmbərin qəbul etməsi deməkdir. Bu haqda mən - “Vəhy nədir və peyğəmbərlərə necə gəlir” adlı məqalədə ətraflı yazmışam (6). Buradan çıxan nəticə isə odur ki, ərəb dili də ivrit kimi İlahi gücə malik müqəddəs dildir.

Nəticə kimi isə onu xüsusi qeyd etmək istərdim ki, Quran daha çox ölülər üçün lazımdır. Çünki dirilər hələ də orada yazılanların əsl, yəni batini mənalarını anlamamışlar. Quran oxunanda ölənlərin cənnətdəki ruhları qida qəbul etmiş kimi canlanır, sanki susuz insana su verilir. Ölülərə qarğış olunanda isə, sanki onları ildırım vurur. Başqa sözlə, Quranın başqa dildə oxunması mənasız bir işdir və heç bir gücə sahib deyil. Buna görə Quran yalnız ərəb dilində oxunmalıdır.

Cahil insanlar ərəb dilinin indiki ərəblərə aid olduğunu düşünürlər. Həqiqətdə isə ərəb dilinin indiki ərəblərə heç bir aidiyyatı yoxdur və mən bu haqda "Əsl İslam – cənnət fəlsəfəsidir" adlı məqalədə yazmışam (7). Ən qədim mənbələrdə Ərəbistan dedikdə, indiki Ərəbistan yox, Azəri pir-bəglərinin Sünik göylərində İlahdan yaratdıqları Rəbb "səhrası", yəni ruhlar dünyası, cənnət nəzərdə tutulurdu. Hədislərdəki beyt, yəni Beytullah da Allahın buradakı cənnət Evi mənasındadır.
Bütün bunlar haqda daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, internet səhifələrimdəki Batini-Quran və digər kitablarımda və yüzlərlə elmi məqalələrimdə var.
Ədəbiyyat
1. Məqalə: "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html
2. Məqalə: "Qurandakı İsrail oğulları - Azəri bəgləridir", sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html
3. Məqalə: "Что означает "Йом-Кипур" на языке мудрецов "сафа ахат", sayt: https://firudin.blogspot.com/2023/10/blog-post_9.html?m=1
4. Məqalə: "Тайна Моисея и его Торы", sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1
5. Quran, 26:192-196
6. Məqalə: “Vəhy nədir və peyğəmbərlərə necə gəlir”, sayt: http://gilarbek.blogspot.com/2013/08/vhy-ndir-v-peygmbrlr-nec-glir.html?m=1
7. Məqalə: "Əsl İslam – cənnət fəlsəfəsidir", sayt: https://gilarbeg.wordpress.com/2021/09/03/%C9%99sl-islam-c%C9%99nn%C9%99t-f%C9%99ls%C9%99f%C9%99sidir/
Firudin Gilar Bəg
Sufi-batin alimi
09.05.2025