ABŞ nin konfederativ dövlət formalaşdırmaq arzusu
Bu gün, 10:39

ABŞ Prezidenti Donald Tramp administrasiyasının mart ayında qəbul etdiyi yeni gömrük tarifi siyasəti, Meksika, Panama kanalı, Qrenlandiya və Kanadaya iddiaları bu ölkənin son dəfə 1959 cu ildə Havay adalarını 50 ci ştat kimi tərkibinə daxil etdikdən sonra ilk növbəti genişlənmə cəhdidir, daha doğrusu desək baş planıdır.
Rusiya Ukrayna müharibəsi fonunda Moskva ilə kəskinləşən diplomatik iqtisadi münasibətlər, tətbiq edilən sanksiyalardan yaranan problemlərə görə ABŞ daxildə çöküş olmaması üçün İttifaq tipli yeni sistem yaratmaq istəyir.
İlk növbədə Vaşinqton daxili bazarda ən çox tələbata malik Çin mallarının ticari dövriyyəsi və axınının qarşısını almaq üçün yeni gömrük tarifi siyasəti apararaq yüksək vergi faizləri müəyyən etmiş, digər tərəfdən Meksika və Kanadada mövcud təbii sərvətlərə, xüsusilə neft və qaz yataqlarına yiyələnmək üçün ritorik bəyanatlar səsləndirir, bu ölkələrin onun tərkibinə daxil olması üçün təzyiq vasitəsi kimi onlara da yüksək rüsumlar müəyyən edib.
Qrenlandiyanın əhəmiyyəti isə ABŞ üçün həm strateji həm də iqtisadi xarakter daşıyır.
Qrenlandiya Şimal Buzlu Okeanla əhatə olunmuş dünyanın ən nəhəng adasıdır. Adanın ərazisində qiymətli metal və minerallar, neft və qaz ehtiyatları var. Həm də Rusiyanın şimal sərhədlərinə və şimal buzlu okeanda keçən hərbi və ticari gəmilərinə buradan nəzarət etmək mümkündür.
ABŞ digər tərəfdən Panama kanalını da ələ keçirmək və buradan keçən ticarət gəmilərində əldə edilən rüsumlardan faydalanmaq istəyir.
Hələ, 19 cu əsrin sonlarından Dollar siyasəti ilə latın Amerikası ölkələrini asılı hala salan yəni külli miqdarda kredit verməklə və üzərinə müəyyən qədər faiz təyin etməklə bu dövlətləri borc yükü altında qoyub de fakto müstəmləkə halına salan ABŞ indi Amerika materikində olan ölkələri rəsmən tərkibinə qatmaq onlardan konfederativ ittifaq formalaşdırmaq istəyir.
Beləcə, geniş və zəngin xammala malik Ştatlar yaradıb ticari, iqtisadi cəhətdən nə Rusiyaya, nə Çinə ehtiyac qalacaq.
Meksikanın bu gün cinayət cəhətdən ən yüksək göstəriciyə malik ölkələrdən biri olması sirr deyil. Donald Tramp bu ölkəyə qoşun yeritmək istədiyini və məqsədin narkotik qaçaqmalçılığının qarşısını almaq olduğunu bildirmişdi. Sözsüz ki, Meksika tərəfi də bu təklifi rədd etmişdir. Lakin, ABŞ ölkəsinə qanunsuz miqrant axınının əsas keçidi olan Meksikanı ələ keçirmək üçün böyük ehtimalla ya sülh ya da təzyiq vasitəsi ilə ciddi tədbirlər görəcək.
Daha dərinə getsək, Avropa İttifaqı Rusiya ilə Ukrayna məsələsi üstündə dondurulan iqtisadi münasibətlər fonunda istilik sistemi çatışmazlığı ilə üzləşib. Norveç və digər ölkələrdən idxal olunan qaz isə bu ehtiyacı tam qarşılaya bilmir deyə ABŞ yeni neft qaz ehtiyatlarına sahib olmaqla bu dövlətlərə neft və qaz ixrac edəcək və Rusiyaya sanksiyalar nəticəsində itirilən gəlirləri müəyyən qədər kompensasiya edə biləcək.
ABŞ nin yaratmaq istədiyi konfederativ dövlət həm ticari güclənmək, həm daxili təhlükəsizliyin, qanunsuz miqrant və cinayətkar axınının qarşısının alınması, həm də Rusiya və Çin, Hindistan yaxınlaşmasına qarşılıq ittifaq olaraq mövcud olmaq məqsədi daşıyır.
Vaşinqton təkcə bir neçə ölkəni tərkibinə salmaqla kifayətlənməyir və Venesuela üzərində də ciddi maraqları var. Hazırkı Venesuela Prezidenti Nikolas Maduronu devirmək üçün artıq illərdir müxtəlif vasitələrdən : sanksiyalar, bu ölkədən neft və qaz alışına görə istənilən ölkəyə yüksək rüsumlar təyin etmə, çevrilişə cəhd və ikihakimiyyətlilik yaratma istifadə etsə də Rusiyanın Latın Amerikasında for postu olan Venesuelanı çökdürmək alınmır.
ABŞ kasıb və zəif latın ölkələrini o cümlədən mərkəzi Amerikanı tərkibinə keçirməklə burada mövcud iqtisadi çöküşü aradan qaldırmaq həm də inkişaf etmiş Amerikaya kütləvi miqrant axınının qarşısını almaq istəyir yəni materikdə işsizlik və kasıblıq problemini miqrasiyada görənlər üçün məsələni kökündən həll etmək istəyir
Müəllif siyasi şərhçi İsa İsmayılov Elşad Oğlu
TEREF