"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 09:06
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi izah edə bilərsizmi necə olur ki, bu gün - 09.05.2025 saat 15:44-də bilet satdığınız bugünkü Xankəndi-Bakı reysini uşaqlar zamanında gözləyirlər və avtobus gəlmir. Zəng edən (141) zaman isə avtobus "16.00-da gedib biletim.az-dan şikayət yaza bilərsiniz" cavabı verirsiniz! Axı bir dəfə yazdıq, bu uşaqları biz dövlətimizə əmanət etmişik! Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qurumunuza bir nəzarət varmı?"
Pravda.az xəbər verir ki, bu barədə tanınmış həkim Ramil Həşimli bildirib.
"Bu özbaşınalığa əncam çəkilsin. Gəlməyən avtobusa necə bilet satılır? 2 saat öncəsinə qədər bilet satılan reys ləğv olunursa və ya dəyişdirilirsə niyə xəbər verilmir? Uşaqlar yolda məcbur şəhərdən-şəhərə taksi ilə gəlməli olacaqlar. Başlarına bir iş gələrsə kim cavabdeh olacaq? Gələn il uşağı Bakıdakı universitetlərdən birinə keçirməyi də düşünməyə bilmirəm artıq" - deyə, o əlavə edib.