ABŞ-la Rusiya arasında əsas problemlər... - Yermakov

7-10-2021, 08:04           
ABŞ-la Rusiya arasında əsas problemlər... - Yermakov
ABŞ-ın Açıq Səma Razılaşmasından çıxması, raketdən müdafiə sistemlərini və strateji olmayan nüvə silahlarını Avropaya yerləşdirməsi və s. mövzularla bağlı iki ölkə arasında problemlər qalmaqdadır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vladimir Yermakov bildirib.

"Əsasən birtərəfli üstünlüklər əldə etməyə çalışan Vaşinqtonun dağıdıcı hərəkətlərindən qaynaqlanan problemli məqamlar var. ABŞ nüvə dövləti olmayan Avropa ölkələrinin ərazisində öhdəlikləri pozaraq nüvə silahlarının yerləşdirilməsini tələb edir. ABŞ-ın Açıq Səma Razılaşmasından çıxmasını da gözardı edə bilmərik", - V.Yermakov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru