Ermənistan və İran Gorus-Qafan yoluna alternativi müzakirə etdilər - DİN QARDAŞI BELƏ OLAR EEE...
29-10-2021, 19:14
Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İranın yollar və şəhər tikintisi naziri Rüstəm Qasimi ilə nəqliyyat layihələrini müzakirə edib. Bu barədə Sputnik Armenia xəbər verib. Belə ki, oktyabrın 28-i baş tutan görüş zamanı Gorus-Qafan yoluna alternativ yolu, "Şimal-Cənub" avtomagistralı, "Fars körfəzi - Qara dəniz" nəqliyyat dəhlizi ilə bağlı məsələlər müzakirə olunub. Ermənistan səfiri bildirib ki, Gorus-Qafan yoluna alternativ yolun tikintisi yekunlaşmaq üzrədir. Öz növbəsində, Qasimi İran tərəfinin əməkdaşlığa hazır olduğunu bildirib. //sputnik.az//
DİA.AZ-dan: 44 günlük savaş... bu savaşa qədər olanlar və bu savaşdan sonra baş verənlər də təsdiqləyir ki, bizə DİN YOX, QAN QARDAŞLIĞI önəmlidir...