Baş nazirdən Avropa Birliyinə sərt ittiham: “Demokratiya kəsiri var”

30-10-2021, 07:19           
Baş nazirdən Avropa Birliyinə sərt ittiham:
Polşa Baş naziri Mateuş Moravetski Avropa Birliyini demokratiyanın olmamasına görə qınayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir AB institutlarınin “demokratik kəsiri”nin olduğunu bildirib.

“Brüssel və Lüksemburqdakı institutlar demokratiya çatışmazlığı ilə üzləşiblər”, - Moravetski deyib.

O, Avropa institutlarının özlərinə olan şübhələri artırdıqlarını söyləyib.

Moravetski vurğulayıb ki, Polşa AB-nin sadiq üzvüdür və bu birlikdən çıxmaq fikrində deyil:

“Azadlıq, demokratiya və Avropa ideyasına Polşadan daha bağlı xalq tapmaq çətindir. Polşa parlamentində və ictimai həyatında avropapərəst qüvvələr üstünlük təşkil edir”.

İyul ayında AB Məhkəməsi Polşa Ali Məhkəməsinin İntizam Kollegiyasına dərhal xitam verilməsini tələb edib. ABK-nın fikrincə, hakimlərin peşə fəaliyyəti ilə bağlı qərarlar qəbul edə bilən intizam kollegiyasının fəaliyyəti onların müstəqilliyini və qərəzsizliyini təhdid edir. Polşa Konstitusiya Məhkəməsi AB Məhkəməsinin qərarını məcburi hesab etməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.