Ailəlikcə Qarabağ müharibəsini söyən, nəcisini arvadının başına tökən, Yunanıstandan qovulan erməni yazarın nankorluğu: ARAŞDIRMA

30-10-2021, 01:42           
Ailəlikcə Qarabağ müharibəsini söyən, nəcisini arvadının başına tökən,  Yunanıstandan qovulan erməni yazarın nankorluğu: ARAŞDIRMA
Yunanıstan erməni əsilli türkiyəli jurnalist və yazar Sevan Nişanyanı arzuolunmaz şəxs elan edib.


Adalet.az erməni mediasına istinadən xəbər verir ki, Nişanyan həyat yoldaşı ilə birgə Afina hava limanında saxlanılaraq, Serbiyaya deportasiya edilib. Onun deportasiyasına heç bir səbəb göstərilməyib. Əlbəttə bu xəbəri Ermənistan KİV-i yazdığı üçün səbəb göstərməyib. Əminik ki, erməni yazarı ölkədən qovmaq üçün kifayət qədər səbəb də var, dəlil də. Çünki dələduz Nişanyan İzmirin Şiricə kəndində icazəsiz olaraq restoranlar və otellər şəbəkəsi qurduğu üçün həbs edilmiş, sonra isə yüksək kürsüdə otuan ermənilərin əli ilə həbsxanadan çıxarılaraq xaricə qaça bilmişdi.




Media bildirib ki, Nişanyanın hazırda yaşayış üçün yeri yoxdu. Belə ki, Afina ilə bərabər Serbiya və Albaniya da ona siyasi sığınacaq verməyiblər. Buna da əminik ki, onu Serbiyaya buraxmayan serbiyalılar da, Almaniyaya buraxmayan almanlar da ermənilərin hansı iyrəncliyə qadir olduqlarını tarixi dərsliklərdən yaxşı bilirlər.




Yuxarıda qeyd etdiyim kimi Nişanyan 2017-ci ildə İstanbul həbsxanasından qaçaraq, Yunanıstana sığınmışdı və az sonra burada sığınacaq almışdı. Daha sonra Ermənistana gələn Nişanyan buranın vətəndaşlığını almışdı.
Yeri gəlmişkən üç dəfə evli olan Nişanyanın Müjde Tönbekicidən üç, Aynur Denizdən iki – toplam beş uşağı var .Müjdə ilə ayrılmasına səbəb arvadının başına bir banka nəcisini tökməsi olmuşdu. Sonuncu arvadı İra Tzourou qatı millətçidir. 44 günlük müharibəni və əsgərlərimizi sosial şəbəkə hesabında təhqir etmişdi.



Türkiyədə dərc edilən qəzetlər içərisində ermənilərin qondarma iddialarını müdafiə edən, Türkiyəni zərbə altına qoymağa çalışan bir internet-qəzet var. Erməni dilində çıxan bu qəzetin adı «Aqos» dur. Bildiyim qədəri ilə 1996-cı ildən çap olunur. Qəzet İstanbulda türk və erməni dilində çıxır, amma internet variantında həm də ingilis dilində də də işıq üzü görür. Beləki Avropada kök salmış ermənilər Türkiyə əleyhinə yazılmış həmin məqalələri yaşadıqları ölkələrin mediasına da çıxara bilirlər.
Nəşrin keçmiş baş redaktoru olmuş Hrant Dink dəfələrlə türkləri sahib olduğu qəzetin səhifələrində təhqir edib Onun ”Türkdən boşalacaq zehirli kanın yerini dolduracaq təmiz kan erməninin Ermənistanda kuracağı asil kanda mevcuttur”yazması qəzet daima türk cəmiyyətində separatçılıq və qondarma soyqırımı müdafiə etməsi ilə tanınıb. Baş redaktorun bu tip təhqirləri bir neçə il bundan əvvəl onun qətlə yetirilməsinə səbəb oldu. Qətli həyata keçirən Yasin Hayal sonradan etiraf edib ki, erməni baş redaktorun türkləri təhqir etdiyinə görə bu addımı atıb. Hazırda bu qəzet yenə də var və Türkiyənin mərkəzi şəhərlərinin birində oturararaq bütün gücu ilə türkləri aşağılamaqla, onların dövlət siyasətini təhqir etməklə məşguldur. Haqqında söhbət açdığım Sevan Nişanyan məhz bu qəzetin uzun illər aparıcı müxbiri olub.

Əgər bir gün Türkiyə prezidenti sayın Rəcəb Tayyib Ərdoğanla qarşılaşaramsa,”Aqos”çuların bu ölkədən qovulmasını xahiş edəcəyəm.

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.