“Mətbuat orqanları ilə əlaqədar müvafiq qurumlar lazımı işlər görməlidir” - Spiker

15-04-2016, 14:02           
“Mətbuat orqanları ilə əlaqədar müvafiq qurumlar lazımı işlər görməlidir” - Spiker
“İslam Əməkdaşlıq Təşkilatının son iclasında da Ermənistanın işğalçı dövlət olduğu bəyan edildi, xarici işlər nazirlərinin iştirakı ilə komissiya yaradıldı. Bu, Azərbaycan prezidentinin apardığı uğurlu siyasət və ordumuzun uğurlu əməliyyatının nəticəsidir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S. Novruzov bəzi media qurumlarının qərəzli fəaliyyət göstərdiyini, bu kimi hallara son qoyulmasının vacibliyini söyləyib: “Bəzən isə Milli Məclisin fəaliyyətinə də kölgə salmağa çalışırlar. Bu mətbuat orqanları ilə əlaqədar müvafiq qurumlar lazımı işlər görməlidir”.

Spiker Oqtay Əsədrov isə Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlərin kölgə altında olduğunu bildirib: “Ermənistanda çıxan istənilən məqaləni bəzi media orqanları başlığa verir. Lakin bu yaxınlarda ABŞ mətbuatında Azərbaycanla bağlı müsbət xarakterli məqalələr işıq üzü gördü, ondan bir kəlmə belə yazmadılar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.