“Azərbaycan neft hasilatını dondurmağa hazırdır” - Natiq Əiliyev

16-04-2016, 23:28           
“Azərbaycan neft hasilatını dondurmağa hazırdır” - Natiq Əiliyev
Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.Virtualaz.org-un məlumatına görə, o, TASS agentliyinə müsahibəsində bildirib ki, neft hasil edən ölkələr arasında aprelin 17-də Dohada imzalanacaq razılaşma hasilat həcmini oktyabradək yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur.
“Razılaşmanın qaralaması kiçikdir və bu cür səslənir: Dohada toplaşacaq ölkələr belə qənaətə gəliblər ki, neftin qiymətini qaydaya salmaq üçün hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılsın”, – deyə Natiq Əiliyev bildirib.
Nazir əlavə edib ki, razılaşma sırf centlmensayağıdır, belə ki, onun icrasına nəzarət mexanizmi nəzərdə tutulmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.