“XAHİŞ EDİRƏM, SUSMAYIN!” - Canlı yayımda Putinə etiraz edən Marina Ovsyannikova ruslara müraciət etdi

7-05-2022, 11:16           
“XAHİŞ EDİRƏM, SUSMAYIN!” -
Daha əvvəl Ukraynadakı müharibəyə etiraz olaraq “Vremya” verilişinin canlı yayımını kəsən jurnalist Marina Ovsyannikova ruslara müraciət edib.

Qafqaz.media xəbər verir ki, hazırda Almaniyanın “Die Welt” nəşrinin ştatdankənar müxbiri vəzifəsində çalışan Ovsyannikova müraciətini “İnstagram” səhifəsində paylaşıb.

"Bu yazı Rusiyadan olan dostlarım üçündür. Bu gün sizin bəzilərinizlə danışdım. Ümumi laqeydlik, sükut və ümidsizlik. "Heç nə bizdən asılı deyil, biz artıq yeni reallığa uyğunlaşmışıq. Müharibə haqqında daha az danışmağa çalışırıq, heç olmasa işimizi itirməkdən qorxuruq”, - deyirsiniz.

Dünyanın ən dəhşətli hadisələri bizim gizli razılığımızla baş verir. Xahiş edirəm susmayın!”.

“Bu şəkil Moldova-Ukrayna sərhədindəki Palanka sərhəd-keçid məntəqəsidir. Minlərlə qaçqın, Avropada qlobal humanitar böhran. Dostlar, siz doğrudanmı Rusiyada olduğunuz halda bütün bunları görmürsünüz?”, - M.Ovsyannikova yazıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.