İsrailə hücum İranın nüfuzunu artırdı - Rəisi

6-05-2024, 12:34           
İsrailə hücum İranın nüfuzunu artırdı - Rəisi
Ötən ay İsrailə qarşı həyata keçirilən cavab əməliyyatı İranın regional və dünya gücləri arasında mövqeyini yüksəldib.

Bu sözləri İran prezidenti İbrahim Rəisi deyib.

Rəisi bu gün qubernatorlarla görüşdə İran ordusunun İsrail hərbi hədəflərinə qarşı həyata keçirdiyi "Doğru vəd" əməliyyatını "İran tarixində mühüm mərhələ" adlandırıb:

“Bu əməliyyat İranın gücünü, qüdrətini, ləyaqətini və ümidini gücləndirdi və İran xalqının azad və müstəqil həyata can atdığını sübut etdi”.

Qeyd edək ki, İran İsrailə aprelin 13-dən 14-nə keçə gecə hücum etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru