"Yelo Bank"dan maddi ziyanın ödənilməsi TƏLƏB EDİLİR

6-05-2024, 12:26           
"Yelo Bank"dan maddi ziyanın ödənilməsi TƏLƏB EDİLİR
"Yelo Bank"ın vətəndaş Abdıyev Əziz Ehtiram oğlu ilə aralarında yaranmış məhkəmə çəkişməsi davam edir.

İqtisadiyyat.az xəbər verir ki, banka qarşı qaldırılan iddia birinci instansiya məhkəməsində araşdırılıb.

Amma məhkəmənin qərarından narazı qalan vətəndaş apellyasiya şikayəti verib.

İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır. Ə.Abdıyev bankdan maddi ziyanın ödənilməsini tələb edir.

İddia Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən iclasda araşdırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru