Azərbaycanda «Green card» udmaq asandırmı? Azərbaycanda «Green card» udmaq asandırmı? İndiyədək neçə nəfər udub? – İLLƏR, SAYLAR

6-05-2024, 12:14           
Azərbaycanda «Green card» udmaq asandırmı?
Xəbər verildiyi kimi, ABŞ-a leqal yolla köçməyə və işləməyə imkan verən ən böyük proqramın – «Green card» proqramı üzrə nəticələr açıqlanıb.

FED.az-ın məlumatına görə, 2025-ci il Müxtəliflik Vizası proqramına seçimlərin nəticələri mayın 4-də Bakı vaxtilə saat 20:00-dan etibarən məlum olub.
Bu proqrama qatılmaq istəyənlər www.dvprogram.state.gov/ESC/ ünvanında təsdiq nömrələrini daxil edərək statusunu yoxlaya bilərlər.

Qeyd edək ki, bütün dünyadan insanlar üçün ABŞ-a leqal köçmək imkanı sayılan «Green card»a Azərbaycanda da böyük maraq var.

Hər il Azərbaycandan «Green card» proqramına 60-90 min nəfər müraciət edir. Hələlik 2025-ci il proqramı üzrə Azərbaycandan «Green card» udanların sayı məlum deyil.

Amma əvvəlki illərin təcrübsi göstərir ki, ölkəmizdən bu proqram üzrə ABŞ-a köçmək üçün müraciət edənlərin qalib gəlmək ehtimalı 1,2-3% arasında dəyişir.

Belə ki, Azərbaycandan «Green card» üçün müraciətlərin sayının çox az olduğu 2015-ci ildə - həmin il 14 min nəfər müraiət etmişdi – bu proqrama 454 nəfər seçilmişdi, bu ümumi müraciətlərin 3,25%i deməkdir.

Ondan sonrakı illərdə uduş faizi kəskin azalaraq 1,2-1,3%-ə enib. 2020-ci ildə Azərbaycandan «Green card» udanların sayı ümumiyyətlə 1%-dən də az olub – 91 mindən artıq müraciət sahibinin cəmi 899-u qalib gəldiyinə sevinib.

2021-ci ildə isə «Green card» uduşu şansı daha da artıb və 2,73%-ə yüksəlib.

2021-ci ildən sonrakı dövr üçün statistik məlumatlar açıqlanmadığına görə, uduş faizini hesablamaq mümkün omayıb.

Ümumiyyətlə isə son Azərbacandan «Green card» udaşlarının sayı artmaqdadır. 2019-cu ildə bu proqramın qaliblərinin sayı 1200 nəfəri keçib. Ondan sonrakı illərdə uduş sayı artıb-azalmaqla 2021-ci ildə 1400 nəfərə, 2024-cü ildə isə 2046 nəfərə çatıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru