İrəvandan təxribatçı keşişə sərt təpki: - “Bu yalançı dindar və cəllad...”

6-05-2024, 12:57           
İrəvandan təxribatçı keşişə sərt təpki: -
Ermənistanın hakim partiyasının deputatı Ovik Ağazaryan Tavuşdan İrəvana yürüş edən keşiş Baqrat Qalstanyanı “yalançı dindar” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

Ağazaryan ad çəkməsə də, Qalstanyanın arxasınca İrəvana apardığı insanların cəlladı rolunda çıxış etdiyini də bildirib:

“Həmişə inkvizisiyaya məruz qalanlara həsəd aparmışam, çünki onların mavi gözlərinin dərinliyində yalançı təqvası olan cəlladlarından fərqli olaraq, baxışları dəyər sistemi və ideyalarına inam saçırdı”.

Deputat revanşist və şarlatan keşişin arxasına düşənlərin ona kor-koranə inandıqlarını vurğulayıb.

Baqrat Qalstanyan mayın 4-də bir qrup etirazçı ilə Tavuşdan İrəvana yürüşə başlayıb. Təxribatçı aksiya sərhədin delimitasiyası və bu çərçivədə 4 kəndin qanuni sahibinə - Azərbaycana qaytarılmasına etiraz məqsədilə təşkil edilib. Təxribatçılar İrəvana mayın 9-da çatmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru