Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı bəyanat yaydı

22-04-2016, 08:40           
Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı bəyanat yaydı
994 və 1995-ci illərdə Dağlıq Qarabağda atəşkəsə dair əldə olunan saziş müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Rusiya tərəfi Dağlıq Qarabağda vəziyyətin inkişafı kontekstində 1994 ildə imzalanmış atəşkəs sazişi və onun inkişafı üçün 1995-ci ildə qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin möhkəmləndirilməsi haqqında sazişin müddətsiz xarakter daşıması və münaqişə zonasında əvvəlki kimi sülhün əsasını təşkil etməsi mövqeyindən çıxış edir", — deyə məlumatda bildirilir.

Bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin ümumi yanaşması ilə tamamilə üst-üstə düşən bu prisipial mövqe Rusiya Federasiyasının ATƏT yanındakı Daimi nümayəndəliyi tərəfindən aprelin 12-də Azərbaycan nümayəndəliyinə göndərilən notada da əksini tapıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru