Ukrayna bu halda danışıqlar masasına əyləşəcək

2-07-2022, 09:08           
Ukrayna bu halda danışıqlar masasına əyləşəcək
“Ukrayna hazırda Rusiya ilə sülh danışıqlarına razı olmayacaq. Danışıqlar yalnız Rusiyanın taktiki məğlubiyyətindən sonra mümkündür”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Azadlıq” radiosunun efirində bildirib.

Podolyak qeyd edib ki, Rusiya müxtəlif kanallarla - öz siyasətçiləri, başqa ölkələrin siyasətçiləri, rusiyayönlü lobbisi vasitəsilə Ukrayna ilə danışıqlara başlamaq üçün çağırışlar yayır.

Eyni zamanda, “Rusiya Ukrayna ərazilərini zəbt edir, insanları qətlə yetirir, şəhərləri viran qoyur”:

“Bu zaman hansısa ağıllı biri çıxıb bütün ciddiliyi ilə deyir: “Sülh yolu ilə tənzimlənmə lazımdır”. Biz Rusiyaya hücum etdikmi? Sülh yolu ilə nizamlanma nə deməkdir?”.

O əlavə edib ki, müharibə müharibə qaydaları ilə gedəcək. Ukrayna Rusiyaya ciddi taktiki məğlubiyyətlər verdirməli olacaq. Bundan sonra Ukraynanın şərtləri ilə danışıqlar prosesinə start verilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru