"TÜRKOLOGİYA" JURNALININ ÇAPINDAN İMTİNA ETDİYİ MƏQALƏ MİN İKİ YÜZ İL ƏRZİNDƏ ƏRƏB ƏLİFBASI HARMONİK DİLİMİZİ NECƏ DENATURASİYAYA UĞRATDI?

Bu gün, 08:04           
"TÜRKOLOGİYA" JURNALININ ÇAPINDAN İMTİNA ETDİYİ MƏQALƏ MİN İKİ YÜZ İL ƏRZİNDƏ ƏRƏB ƏLİFBASI HARMONİK DİLİMİZİ NECƏ DENATURASİYAYA UĞRATDI?
AÇAR SÖZLƏR
Türk dili, harmonizm, boğaz dil, ərəb əlifbası, uyarsızlıq, ayarsızlıq, DNA, DNA mutasiyası, aqqlütinativlik, komplementarlıq, denaturasiya, sait səslərin itirilməsi.
ABSTARKT
İlk dəfə 1200 il ərzində boğaz dil sayılan ərəb dilinin qrafikasından harmonik, aqqlütinativ, sinxronik, sinharmonik türk dilləri, xüsusilə, Azərbaycan türk dili üçün işlədilmiş ərəb qrafikasından zorən istifadə dilimizin qrammatik qanunlarına və struktur dayanıqlığına az zərbə vurmayıb. Sonuncunu, biz, bioloji terminlə “denaturasiya” adlandırırıq. Və rast gəlinən bu cür “bioloji sapmanı, aşınmanı” ən müxtəlif amillərin karından mutasiyaya uğramış DNT-nin strukturundakı (üçlü fazasında) baş verən geridönməz zədələnmələrlə müqayisə edirik.
***
DNT-nin paralel qoşa xəttli quruluşu onun dayaq sütunudur (Şəklə bax). İki uzun telə bənzər spiral xətt - məftildən tutub uzanan üzüm buğumlarını andırır. Burada canlı orqanizmin genetik aparatını təsadüfən nümayiş etdirmirik. İki spiral bir-biri ilə dörd nukleotidlərin yaratdığı körpücük vasitəsilə bağlanır. Onlar -Adenin (A) qarşısındakı Timinlə (T), Quanin (Q) – Sitozinlə (S) – daima qarşılıqlı və ardıcıl olaraq hidrogen “H” körpücüklərlə birləşirlər. Onlar bir-biri ilə qarşılıqlı surətdə əvəzedilməz qanunla bağlıdırlar. Bu pozisiya daimidir heç vaxt dəyişmir. Adenin hər vaxt timini, quanin sitizini tələb edir.
Türk dilində sözlərin sait quruluşu “Mütləq (absolyut) vokal” musiqi avazına tabedir və bunun sayəsində Türk dili harmonizm qanunları üzərində mövcuddur. Bu qanun, bir növü, DNT-nin təsvir etdiyimiz quruluş qanunlarına oxşayır.
Türk dilinin sözyaradıcı arxa saitləri (a, o, u, ı) özlərinə komplementar olan, yəni bu seriyadan olan arxa saitləri tələb edir (ANA, ATA). Qabaq və ya incə saitlər isə (ə, ö, ü, i, e) bu cür komplementarlığı öz aralarında yaradırlar (ƏMƏK, ÖSKÜRƏK, ÜTÜ, BİTİ, ETE və s.).
"1112"-minci ildə ÜTÜ naşir, BİTİ şu nümuneü 25 KAM".
Bu tarix Ulu Şairəmiz BİDA HƏMMƏDANİNİN iri poemasının sonundan alınıb. Şairə deyir ki, mənim poemamın bu NÜMUNIƏSİNİ NAŞİR (deyirsiz ərəbindir) 1112-ci ildə Gil lövhəyə BİTİ edib (qazıyıb), sobada ÜTDÜ (yandırdı).
Göründüyü kimi, bu NATİV kəlmələrimizdəki saitlər DNT-dəki kimi deyək, sözün qoşa spiralını əmələ gətirən, DNT-dəki hidrogen körpücüklərinə bənzər samit körpücükləri (m, s, r, t) ilə bir-birinə bağlanırlar.
İndi dilçilərimiz və “X"(iks) -şünaslarımız” tərəfindən xaricə meyilliliyin məhsulu olan belə bir yalançı nəzəriyyə irəli sürülüb ki, əgər sözdə arxa (qalın) saiti qabaq (incə) sait təqlid edirsə, bu söz Türk dilinə yaddır. U gəlmədir, alınmadır, açığını desək, “bicdir”.
Bu şıltaq arasözü Türk dilinin “abır-qismətinə”, tarixiliyinə, onun zadəgan Söz Fonduna və dünya dillərinin yaranmasındakı funksiyasına ağır zərbə vurur. Bu cür yanaşma, tarixən zəngin olub, başqa dillərə verdiyi kəlmələrin çoxluğu ilə fərqlənən qədim Türk dilini soyundurub, çılpaq etməkdir. Onun nəsiltörədici şüuruna zərbədir. Axı mixi yazılı Türk dilinin qədim Babildən Saxaya qədərki oykumendə bu gün də yaşarı olan 150-dən çox növ-növ nəsilləri (dialektləri) və minlərlə şivələri var. Onların hamısı bir kökdən gəlir. Səkkiz min il əvvəl Babildə istifadə edilmiş şəkil yazılarla, altı min il əvvəl isə onlardan stilizə yolu ilə yaradılmış mürəkkəb mixi işarələri ilə gil lövhələrə qazılmış ANA DİLİMİZDƏN gəlir.
Bu cür nəsil sütunu məlum dilin Lüğət fonduna “bic” damğası vurmaq, bütövlükdə dili onun xeyirxah, səxavətli səviyyəsindən dilənçi səviyyəsinə endirmək deməkdir. Kəlmədə qalın saitin qalını, incə saitin incəni əvəzləməsini, biz, “Mütləq və ya Absolyut harmoniya” termini ilə ifadə edirik. Burunlarından uzağı görə bilməyən alimlərimizin fikrincə, “Əgər sözümüz Mütləq harmoniyada deyilsə, deməli u “alınma (oğurlanmış) sözdür”.
Hətta vurğu ilə tələffüz edilən, yəni apastroflu kəlmələrimizin hamısını bir ucdan ərəb mənşəli sayardılar vaxtilə. Bu, yəqin bu gün də belədir. Amma səhvdir ! Dilimizin mixi yazılı kökə söykəndiyi barədəki həqiqəti bilməməzlikdəndir.
Altı min il yaşı olan "Ziqqurat" məbədinin divarında aşkar edilmiş yazılı kapsuldakı “MƏR`Ü” (hörmət etmək) TÜRK kəlməsi elə lap ilk gündən, yəni, hələ ərəbə ötürülməmişdən qabaq da apastrofla yazılırdı. Kapsulda misra belədir:
“U ŞULGİ MƏR`Ü ŞU ƏMÜRÜMƏ.”
Məbədi sifariş verən xalqın dilindəndir bu sözlər - Xalq Babil hökmdarı ŞULQİDƏN dualarımızı Rəbbə ötürə biləcək Azman MƏBƏD* imar etmək lazımdır "əmrini verir" xalq. Şulqi də xalqın səsini eşidir.
Mixi yazısı durğu işarələri olmayan yazı sistemidir. Onda nəinki apastrof, heç nöqtə, vergül, hətta sözlər arasında ayırıcı işarə də yoxdur. Bununla belə, bu misradakı MƏR`Ü sözündə "anadangəlmə" apastrof olduğu faktı kontekstdən belə məlum olur.
Odur ki, Mütləq harmoniyadan kənar və apastroflu kəlmələr bizə ərəblərdən keçib ideyası - ƏSASSIZDIR!
Bir növü sanki düşünülmüş şəkildə dilimizə “oğru” damğası vuran “qəsdli hipotezdir”. Guya “a” səsindən sonra “ə” gəlirsə, (adəm, saət, bəraət, bərabər, bəla və s.) deməli, bu sözləri türk mənşəli hesab etmək olmaz. Bu cür yanaşma, dediyim kimi, uzağı görə bilməməzliyin, əsasən də, amneziyamızın (tariximizi unutmağımızın) göstəricisidir.
Bunu, mən, "Şüurumuzun mutasiyası" adlandırıram (Şəklə bax).
Bənzər mutasiya DNT yaddaşında belə zəifləməyə səbəb olur.
Türk sözlərinin saitinin ("nukleotidlərinin") yazılmaması, Türk dilinin “yaddaşında” problemlər törədir. 1300 il ərəb əlifbası dilimizin yaddaş funksiyasına zəhərli kimyəvi maddə kimi kar edib. Onu mutasiyaya uğradıb, denaturasiyaya məruz qoyub. Sözlərin ikili spiral qoşa xətləri arasındakı DNT-dəki hidrogen körpücüklərini andıran körpücüklər sındırıldığından (yəni ərəb, Hebru, Yegipet, elə bizim Orxon-Yenisey yazılarındakı kimi), yuxarı qalxan qoşa spiral eldə deyildiyi təki, “əzilib, büzülüb, bir taxçaya düzülüb” vəziyyətini alıb. Türk dilinin yazısında bu cür nihilizmi, biz, yeni terminlə,
“Sözün denaturasiyası” adlandırırıq.
Ərəbin boğaz dilinə hesablanmış əlifbasının harmonik dil olan türk dilinə tətbiqini, biz, çox halda, lokal yoluxucu xəstəliyi pandemiya səviyyəsinə qaldıran patoloji virus funksiyasında görürük.
Denaturasiya əsasən zülallarda baş verir, yəni maddə öz təbii keyfiyyət və funksiyasını itirir. Çünki u bioloji varlığı fəal saxlayan onun daxili üçfazalı strukturunu dağıdır. Buna ən yaxşı misal yumurtanın bişirilən zaman bərkiməsidir. Bu halda qabıq içindəki zülal denaturasiyaya uğrayır. O yumurtadan daha cücə almaq olmaz. Ərəb əlifbasının Azərbaycan türk dilinə vurduğu zərbə biologiyadakı bu cür denaturasiya prosesinə çox yaxındır. Yəni DNT strukturunun hər hansı zərrəciyinə virusun vurduğu zərbə kimidir. Kəlmələrimizdə saitlərin qırılması, sözlərimizin sait körpücüklərinin sınması deməkdir. Aydınlıq üçün verəcəyim bir neçə misala fikir verin:
Bu sözlərin natural (təbii) formaları belədir: əlbəsələr (döyüşçünün geyimi və silah-sursatı), əvəzlənmələrdən, əsabələrdə, sələmləşdirəndə (monopoliyaya almaq) və s. İndi onları ərəb əlifbası ilə yazsaq samitləri bir-birinə maqnit gücü ilə birləşdirən təkrarlanan nizamlayıcı “ə” saiti (DNT-də adenoidlər) körpücüklər qırılır. Komplementarlıq pozulur. Bu, DNT-nin məhvi deməkdir. Görün Azərbaycan dilinin sözləri müvafiq olaraq necə tanınmaz şəklə düşürlər:
“lbs, vzlmlrdn, sblrd, zllrdn, slmlşdrnd”.
Bu, xarici təsir, yəni xərçəngtörədici “ərəb" virusunun” karından türk sözlərinin əsil denaturasiyasıdır.
Tariyel Azerturk
TEREF
_____________________________
Fiqur 1. Yuxarıdakı - Nativ (sağlam) DNA; Aşaəıdakı Mutasiyaya məruz qalıb sınmış DNA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru