Özünü yandıran Qazini milləti belə QARŞILAMIŞDI... - Amma maləsəf, belə yola saldıq...

12-07-2022, 21:38           
Özünü yandıran Qazini milləti belə QARŞILAMIŞDI... -
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib. Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.
TEREF Bakupost.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər “AzərTAC” agentliyinin qazi haqqında hazırladığı “Vətən müharibəsində düşmənə qan udduran Mauqli ləqəbli qazinin döyüş yolu” başlıqlı videonu paylaşırlar.
Video təxminən iki il əvvəl hazırlanıb.
Elvin Cəfərov 44 günlük Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlığı ilə seçilib. O, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və s. olmaqla, ümumilikdə 8 medal alıb.
Onun müharibədən sonra rayonda xüsusi qayğı və sevgi ilə qarşılandığı da görünür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru