Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb

Bu gün, 09:12           
Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb
Bərdədə altı yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb.

TEREF "Report"a istinadla xəbər verir ki, 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Quliyevaya səhhətində yaranan problemlə əlaqədar ev şəraitində sistem köçürülüb.

Bir müddət sonra isə halı dəyişən uşaq Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı azyaşlının ölüm faktı qeydə alınıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru