Səfirlikdən qovulub, nazirliyə işə düzəldi

Bu gün, 08:44           
Səfirlikdən qovulub, nazirliyə işə düzəldi
Adı korrupsiya qalmaqalında hallanan Azərbaycanın İraqdakı keçmiş səfiri Nəsir Məmmədov yeni vəzifəyə təyin olunub.
N.Məmmədov Xarici İşlər Nazirliyində Yaxın Şərq və Afrika idarəsində rəis müavini vəzifəsinə təyin edilib.
2023-cü ildə Azərbaycanın Bağdaddakı səfiri təyin edilən Nasir Məmmədov keçən ilin dekabrında geri çağırılıb.
Həmin vaxt media yazırdı ki, Azərbaycanın İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Viza rüsumunun 20 dollar olduğu halda səfirliyin saxta “vasitəçi şirkət”in köməyi ilə 500 dollara viza satdığı iddia edilirdi.
Nasir Məmmədov 2018-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini olmuş Natiq Məmmədovun oğlu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkənidir.
HamamTimes
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru