ABŞ ərəb sərvətlərindən pul qoparır

Bu gün, 08:24           
ABŞ ərəb sərvətlərindən pul qoparır
Misirin ən varlı iş adamı hesab olunan milyarder Nassef Saviris biznesini genişmiqyaslı restrukturizasiya etməyi planlaşdırır. Bu proses çərçivəsində o, ABŞ-da infrastruktur layihələrinə 50 milyard dollara qədər investisiya yatırmağı nəzərdə tutur.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.

Məlumata görə, yaxın günlərdə Savirisə məxsus kimya və gübrə istehsalı şirkəti “OCI Global” ilə ailəyə məxsus tikinti holdinqi “Orascom Construction” birləşdiriləcək. Yeni təşkilatın qeydiyyatı Əbu-Dabidə aparılacaq. Əsas diqqət isə ABŞ-da infrastruktur layihələrinə, xüsusilə də data-mərkəzlərin tikintisinə yönələcək.

Nassef Saviris bildirib:

“Biznesimizin növbəti inkişaf mərhələsinin əsas istiqaməti infrastruktur olacaq – ən böyük perspektivi məhz burada görürük”.

Gözlənilir ki, qarşıdakı onillikdə korporasiya həm öz kapitalını, həm də tərəfdaşların vəsaitlərini ABŞ infrastrukturuna yatıracaq.

FT qeyd edir ki, “Orascom” 2012-ci ildən ABŞ-da “Weitz” adlı törəmə şirkəti vasitəsilə fəaliyyət göstərir. “Weitz” bu illər ərzində bir sıra data-mərkəzlər, hava limanı terminalları və universitet yataqxanaları inşa edib.

Məlumata görə, təxminən 9 milyard dollarlıq sərvəti olan Nassef Saviris 1950-ci illərdə ailə şirkəti “Orascom”u quran Onsi Savirisin kiçik oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru