Rusiya yalvarır: “Aradan qaldırın, əks halda…”

Bu gün, 09:14           
Rusiya yalvarır:
Rusiya tətbiq edilən sanksiyaların yumşaldılması üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edib.
TEREF Globalinfo-ya istinadən xəbər verir ki, Moskva iddiasına görə, təyyarə hissələrinin tədarükünə qoyulan məhdudiyyətlər onun mülki donanmasının təhlükəsizliyinə ciddi təsir göstərir.

2022-ci ilin fevral ayından etibarən Qərbin sanksiyaları Rusiyanın yeni xarici təyyarələrə və mövcud təyyarələr üçün komponentlərə çıxışını məhdudlaşdırıb.

Məlumata görə, Rusiya aviaşirkətləri mürəkkəb vasitələrlə “Airbus” və 700-dən çox digər təyyarə üçün ehtiyat hissələri almağa məcbur olub.

Moskva beynəlxalq qaydaları pozduğunu iddia edərək, bu məhdudiyyətləri aradan qaldırmağa çalışır.

Rusiyanın “Boeing” və “Airbus” donanması köhnəlir. Buna baxmayaraq bütün ehtiyat hissələrini dolayı kanallar vasitəsilə əldə etmək mümkün deyil. Hərçənd, “Rosaviasiya” və Rusiya Nəqliyyat Nazirliyi vəziyyəti şərh etmir.

Moskvanın Beynəlxalq Mülki Aviasiya Təşkilatına təqdim etdiyi sənədlərdə 37 ölkənin hava məkanının Rusiya aviaşirkətləri üçün bağlanması, təyyarələrin uçuşa yararlılıq sertifikatlarının dayandırılması, təyyarələrə texniki xidmət və sığorta qadağası tənqid edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru